Neft Fondu Moskvadakı əmlak biznesindən 86 milyon dollar itirib
Ölçü:


Moskva şəhərinin Tverskaya 16 ünvanında yerləşən və dəyəri 3269 milyon Rusiya rublu təşkil edən “Qalereya Aktyor” ofis-ticarət mərkəzinin 1 illik icarəsindən ötən il ərzində cəmisi 66628 dollar qazanc əldə edilsə də, hətta az olmasına baxmayaraq (ayda 5500 dollar) ondan Fonda heç nə çatmayıb, bütün qazanc xərcə silinib.

Koordinat.az xəbər verir ki, bu barədə iqtisadçı alim Qubad İbadoğlu bildirib. Onun sözlərinə görə, Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) Moskva şəhərinin biznes mərkəzi “Tverskaya 16” ünvanında yerləşən və dəyəri 133 milyon ABŞ dolları təşkil edən “Qalereya Aktyor” ofis-ticarət mərkəzini 2012-ci ildə satın alıb. 2018-ci ilin 31 dekabr tarixinə olan məlumata görə, adı çəkilən ünvanda yerləşən “Qalereya Aktyor” ofis-ticarət mərkəzini bazar dəyəri 86 milyon dollaradək azalaraq 47,1 milyon təşkil edib.

“Qalereya Aktyor” Moskva şəhərinin tarixi mərkəzində yerləşir. “Tverskaya” küçəsi məşhur mehmanxana və ofislərin, eləcə də bir çox beynəlxalq ticarət brendlərinin cəmləşdiyi ərazidir. Bina “Tverskaya” küçəsi və “Strastnoy” bulvarın kəsişməsində, “Kreml” və “Qızıl meydan”ın yaxınlığındadır. Teatr binası kimi 1881-ci ildə istifadəyə verilmiş bu bina tarixi fasadı saxlanılmaq şərti ilə 1995-ci ildə yenidən təmir olunub. Binanın ümumi sahəsi 18 075 kvadratmetr təşkil edir. Neft Fondu bu binanı alanda iddia edirdi ki, əmlak illik icarə haqqı 9,6 milyon ABŞ dolları olmaqla, müxtəlif maliyyə, sığorta və konsaltinq xidməti göstərən, eləcə də müxtəlif lüks və orta səviyyəli ticarət şirkətlərinə icarəyə verilir. Amma ötən il Neft Fondu bu bunanın icarəsində 66 min dollar, ayda 5.500 dollar qazanıb ki, onu da təmir xərcləri adı siliblər və hətta bu məbləğ də Fonda çatmayıb.
04.06.2019 11:57:00
Oxuma sayı: 30