Nazir: "Əmək müqavilələrinin artımı sahibkarlıq fəaliyyətindəki şəffaflaşmanın göstəricisir"
Ölçü:


“Məşğulluq hər bir ölkənin iqtisadi və sosial inkişafında ən önəmli sahələrindən biridir. Bu gün ölkədə məşğulluq bazarı dinamikdir və 10 minlərlə yeni əmək qüvvəsi bazara daxil olur”.

Koordinat.az
xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev  sahibkarlar gününə həsr olunan “Dövlət sahibkarın ən yaxşı tərəfdaşıdır” adlı konfransda çıxışı zamanı deyib. Onun sözlərinə görə, məşğulluq alt sistemi vasitəsilə işsizlər haqqında bütün məlumatlar əlçatan olub: “Bu sistemin davamı olaraq məşğulluq proqramları və mexanizmi qısa müddətdə təqdim olunacaq. Ötən il 6000 ailə aktivlərlə təmin olunub. Eləcə də bu il ərzində 10 min ailə mikrotəsərrüfatlarla təmin olunacaq. Gələcəkdə bu rəqəmin 15 minə çatdırılması nəzərdə tutulur”.

Nazir qeyd edib ki, əmək bazarında daha əlaqələndirilmiş işi təmin ediləcək: “Bu ilin 5 ayı ərzində imzalanan əmək müqavilələrinin sayı 95 mindən artıq olub. Bu da əvvəlki illərdə müqayisədə olduqca artıqdır. Bu sahədə 17-18 faizlik artım onu deməyə əsas verir ki, sahibkar, özəl sektor şəffaf şəkildə işləməyə çalışırlar. Bu artım tendensiyanın daim davam edəcəyi gözlənilir”.
04.06.2019 10:59:00
Oxuma sayı: 12440