Levon Ter-Petrosyan: "Ermənistan işğal etdiyi rayonların hamısını qaytarmalıdır"
Ölçü:


"Ermənistanla Azərbaycan arasında sülh razılaşmaları təsdiqlənsə, erməni tərəfi birinci mərhələdə işğal altında olan 7 rayondan 5-ni Azərbaycana qaytarmalıdır".

Koordinat.az
xəbər verir ki, Ermənistanın eks-prezidenti Levon Ter-Petrosyanın erməni saytlarında dərc edilmiş məqaləsində belə deyilir. Dağlıq Qarabağa dair sülh çağırışlarından bəhs edən məqalədə bildirilir ki, 5 rayon azad edildikdən sonra sülh razılaşmasının ikinci mərhələsi başlayır: "Bu mərhələyə Qarabağa sülhməramlı qüvvələr yerləşdirilir. Üçüncü mərhələdə Dağlıq Qarabağ üçün beynəlxalq səviyyədə tanınmış aralıq status elan olunur. Sonra Dağlıq Qarabağın və Ermənistanın blokadası qaldırılır, kommunikasiyalar açılır. Dağlıq Qarabağın yekun statusu isə daha sonra müəyyən edilməlidir. Plana əsasən, azad edilməmiş iki rayon  - Kəlbəcər və Laçın da Laçın dəhlizi saxlanılmaqla Azərbaycana qaytarılmalıdır.

Xatırladaq ki, Ter-Petrosyan bu yaxınlarda Dağlıq Qarabağ münaqişəsinin mərhələli həlldən başqa həll yolunun olmadığını, münaqişə həll olunmadan Ermənistanın və Dağlıq Qarabağın məhv olacağını bildirmişdi. Keçmiş prezidentin çıxışına hakimiyyət dairələri və hakimiyyətə yaxın siyasətçilər, ekspertlər, habelə digər siyasi dairələr tənqidi reaksiya verimişdilər. Elə buna görə də, Ermənistanın eks-prezidenti Dağlıq Qarabağa dair sülh çağırışları barədə vəziyyətlə bağlı yeni məqalə ilə çıxış etmək məcburiyyətində qalıb. O, Ermənistan Milli Konqresinin qurultayındakı çıxışına hakimiyyətin və hakimiyyətə yaxın düşərgələrin “isterik, hədələyici və tənqidi reaksiyasının” gözlənilməz olmadığını bildirib.
28.12.2016 14:30:45
Oxuma sayı: 1317