“Facebook” Azərbaycanda bazar payını artırıb
Ölçü:


Bu ilin may ayında Azərbaycanda “Facebook” istifadəçilərinin fəallığı aprel ayı ilə müqayisədə 17,4 faiz bəndi artıb.

Koordinat.az
xəbər verir ki, bu barədə “Global Stats” statistika mərkəzinin məlumatında deyilir. Bildirilir ki, iyunun 1-nə “Facebook”un Azərbaycanın sosial media bazarında payı 47,6% təşkil edib ki, bu da ötən ilin müvafiq göstəricisindən 35,7 faiz bəndi çoxdur. Populyarlığına görə “Facebook” ölkənin sosial media bazarında birinci yeri tutur.

Sosial şəbəkələri arasında populyarlığına görə ikinci yerdə “Pinterest” qərarlaşıb ki, onun istifadəçilərinin ölkə üzrə fəallığı may ayı ərzində 11,5 faiz bəndi azalıb. Bu sosial şəbəkənin Azərbaycan bazarında payı cari ilin iyunun 1-nə 19% təşkil edib, bu da ötən ilin analoji göstəricisindən 84 faiz bəndi çoxdur.

Bu ilin may ayı ərzində ölkə üzrə “YouTube” şəbəkəsinin istifadəçilərinin fəallığı 19,2 faiz bəndi azalıb. İyunun 1-nə olan məlumata əsasən, “YouTube” Azərbaycan sosial media bazarında 15,3% bazar payı ilə 3-cü yerdə qərarlaşıb ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 53,4 faiz bəndi azdır.

Digər sosial şəbəkələrin pay bölgüsü: “Instagram” – 8%, “Twitter” – 6,4%, “VKontakte” – 1,8%, “Google+” – 0,01% və s.

01.06.2019 10:54:00
Oxuma sayı: 31