İrandan Azərbaycana narkotik vasitə keçirmək istədilər
Ölçü:


Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat Şöbəsinə daxil olan məlumata əsasən piyada yolla İran İslam Respublikasından gələn Azərbaycan Respublikası vətəndaşı Astara gömrük postunda saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb.

Dövlət Gömrük Komitəsindən Koordinat.az-a verilən məlumata görə, şəxsi yoxlama zamanı onun üzərindəki qara rəngli şalvarın sağ balaca cibində gömrük nəzarətindən gizlədilən şəffaf rəngli sellofana bükülü 1 ədəd büküm və 1 ədəd bağlamada, ümumi çəkisi 18,48 qram olan qara rəngli narkotik vasitə – tiryək aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.
31.05.2019 17:23:00
Oxuma sayı: 20