53 minə yaxın uşaqda xəstəlik aşkar edilib
Ölçü:


2016-cı ilin 11 ayı ərzində uşaq poliklinikaları tərəfindən icbari tibbi müayinədən keçirilməsi planlaşdırılan 679420 nəfər uşaqdan 633936 nəfər uşaq (93%) müayinəyə cəlb edilib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Koordinat.az-a verilən məlumata görə, cari ilin 11 ayı ərzində müayinəsi nəzərdə tutulmuş 0-5 yaşda olan 224967 uşaqdan 209071 nəfəri (93%) profilaktik müayinədən keçib ki, onların 24%-i mütəşəkkil, 76%-i isə qeyri mütəşəkkil qrupa aiddir. Müayinə edilmiş 0-5 yaş uşaqlardan 6318 uşaq (3%) dispanser qeydiyyata alınıb və ambulator müalicəyə cəlb olunub.

Xatırladaq ki, cari ilin 9 ayı ərzində dispanser qeydiyyatda olan 0-5 yaş xəstə uşaqlar arasında sağalma ilə dispanser qeydiyyatdan çıxarılma (dispanser effektivlik) 67 % təşkil edir:  6 - 13 yaşda olan 320962 uşaqdan 302354 uşaq (94%) müayinə olunub. Onlardan 90%-i məktəblilər təşkil edir . Aparılan müayinələr nəticəsində 7921 uşaq (2.6%) müxtəlif xəstəliklərlə əlaqədar dispanser qeydiyyata alınan və ambulator müalicəyə cəlb olunmub. 6-13 yaş xəstə uşaqlar arasında dispanser effektivlik 61 % təşkil edir.

14-17 yaşda olan 133491 uşaqdan 122511 uşaq (92%) müayinə olunubr . Onlardan 93%-i məktəblilər təşkil edir . 4110 uşaq (3,3%) müxtəlif xəstəliklərlə əlaqədar dispanser qeydiyyata alınmış və ambulator müalicəyə cəlb olunub. 14-17 yaş xəstə uşaqlar arasında dispanser effektivlik 58 % təşkil edir.

Müayinələr nəticəsində xəstəlik aşkar edilmiş 52323 nəfər (8.3%) uşaqdan 18349 nəfəri (35%) dispanser qeydə alınıb, 1295 nəfər (2,5%) ixtisaslaşmış yardım alması üçün stasionara hospitalizə edilmiş, qalanları isə ambulator müalicəyə cəlb olunub. Aparılan ambulator müalicələr nəticəsində qeydiyyatda olan dispanser xəstələrin 62 %-i sağalma ilə dispanser qeydiyyatdan çıxarılıb.

27.12.2016 12:52:00
Oxuma sayı: 632