Azərbaycan artilleriyaçıları cəbhədə döyüş atışları keçiriblər
Ölçü:


Azərbaycan Ordusunun Raket və Artilleriya Qoşunlarının cəbhəboyu zonada yerləşən bölmələrindən biri “Msta-S” özüyeriyən haubitsalardan döyüş atışları keçirib.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən Koordinat.az-a verilən məlumata görə, atışlar zamanı müxtəlif məsafələrdə quraşdırılmış şərti düşmənin döyüş texnikası və mühəndis fortifikasiyasını təqlid edən tamölçülü hədəflər məhv edilib.

Ekipajlar həmçinin mövqelərin dəyişilməsi və şərti döyüş zamanı hədəflərin koordinatlarının alınmasını məşq ediblər.

hədəflərin koordinatlarının alınmasını məşq ediblər.
31.05.2019 16:48:00
Oxuma sayı: 22