1600 manata AMEA-da magistr təhsili
Ölçü:


"Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) magistraturasında ödənişli yerlər üzrə illik təhsil haqqı 1600 manat olacaq".

Koordinat.az
xəbər verir ki bunu AMEA-nın Rəyasət Heyətinin iclasında AMEA prezidenti Akif Əlizadə deyib. O bildirib ki, əvvəlki illərdən fərqli olaraq, bu il AMEA-nın magistraturasına qəbul planında ödənişli yerlər də nəzərdə tutulub: "Bu il təklif etdik ki, plan yerlərinin üçdə biri ödənişli olsun. Mən həmişə bunun əleyhinə idim. Amma görürük ki, akademiyanın magistraturasına maraq artıb, sənəd verənlər yüksək bal toplayanlardır. Onlar arasında yüksək rəqabət vəziyyəti yaranır və qəbuldan kənarda qalanlar olur. Ona görə də bu il ödənişli yerlər üzrə də qəbul aparılır".

Akademiya prezidenti qeyd edib ki, bu il AMEA-nın magistraturasına qəbul üçün 138 plan yeri elan edilib, onun 35-i ödənişlidir.
 
Akademiya prezidenti əlavə edib ki, bu il AMEA-nın magistraturasında riyazi kibernetika, riyazi fizika, nanohissəciklər fizikası, ətraf mühitin idarəolunması və s. üzrə yeni istiqamətlər müəyyən edilib. Bu il həmin istiqamətlər üzrə də ixtisaslara qəbulun aparılması nəzərdə tutulub.
 
31.05.2019 15:43:00
Oxuma sayı: 81