Gürcüstandan Azərbaycana əməkdaşlıq təklifi
Ölçü:


“Gürcüstanda Azərbaycan dilli məktəblərdə dərsliklərdəki nöqsanların aradan qaldırılması ilə bağlı azərbaycanlı həmkarlarımızla əməkdaşlığa hazırıq”.

Koordinat.az
xəbər verir ki, bunu Gürcüstan parlamentinin Təhsil, elm və mədəniyyət komitəsinin sədri Mariam Caşi “Vətəndaş inteqrasiyası və insan kapitalının inkişafı üçün dövlət dili” adlı konfransda çıxışı zamanı bildirib. Onun sözlərinə görə, Azərbaycan parlamentinin nümayəndələri ilə keçirilən görüşlərdə onlar Gürcüstanda fəaliyyət göstərən Azərbaycan dilli məktəblərdə bəzi fənnlər üzrə dərsliklərin keyfiyyətinə irad bildiriblər: “Dərsliklərdəki nöqsanları azərbaycanlı həmkarlarımızla birgə aradan qaldıra bilərik. Bu məsələ ilə bağlı əməkdaşlığa və istənilən təşəbbüsü müzakirə etməyə hazırıq”.

M.Caşi qeyd edib ki, Gürcüstda 3 mindən çox qeyri-gürcü dilli məktəb və sektor fəaliyyət göstərir: “Həmin məktəblərdə gürcü dilinin tədrisinin gücləndirilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirilir və bu sahədə əhəmiyyətli nailiyyətlər əldə olunub”.

Qeyd edək ki, qonşu ölkədə Azərbaycan dilli məktəblər üçün nəşr olunan dərsliklərdə əsas nöqsanlara gürcü dilindən Azərbaycan dilinə tərcümə zamanı yol verilir. 
31.05.2019 14:48:00
Oxuma sayı: 33