Azərbaycan bir yataqdan 280,4 milyon ton mənfəət nefti satıb
Ölçü:


İşlənmənin əvvəlindən (1997-ci il) bu il mayın 1-dək Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlarından 483 mln.ton neft hasil edilib ki, onun da 280,4 mln.tonu Azərbaycanın mənfəət neftinin payına düşüb.

Koordinat.az
xəbər verir ki, bunu Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) I vitse-prezidenti Xoşbəxt Yusifzadə  Bakıda keçirilən 26-cı Beynəlxalq Xəzər Neft və Qaz konfransında “Xəzər dənizinin Ofşor yataqlarında 70 illik hasilat tarixi” sessiyasında bildirib. Onun sözlərinə görə, blokdan hasil edilən neftin 58%-i Azərbaycanın payına düşür.

X.Yusifzadə deyib ki, mayın 1-dək AÇG-dən hasil edilən qazın həcmi 157 mlrd.kubmetr təşkil edib. O, həmçinin qeyd edib ki, bu il mayın 1-dək dünya bazarlarına 508 mln.ton neft çıxarılıb ki, onun da 385 mln. tonu Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri ilə ixrac edilib.
31.05.2019 11:23:00
Oxuma sayı: 128