Polis Yevlaxda əməliyyat keçirdi - həbs olunanlar var
Ölçü:


Yevlax Rayon Polis Şöbəsinə Bəydili kəndi ərazisində çətənə kollarının yetişdirilməsi barədə əməliyyat məlumatı daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Koordinat.az-a verilən məlumata görə, mayın 30-da həmin ərazi polis əməkdaşları tərəfindən müşahidəyə götürülüb. Həmin gün gecə saat 1 radələrində çətənə kollarına qulluq göstərmək üçün qeyd edilən əraziyə gələn Əcəmi kənd sakini Cəmil Qurbanov saxlanılarkən polis əməkdaşlarına bıçaqla müqavimət göstərib. Lakin o, polis əməkdaşlarının adekvat tədbirləri nəticəsində  zərərsizləşdirilərək tutulub.

Polis əməkdaşları tərəfindən həmin ərazidən C.Qurbanovun yetişdirdiyi 92 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Araşdırma aparılır.
31.05.2019 11:57:00
Oxuma sayı: 26