Ötən ilin dövlət büdcəsinin icrası müzakirəyə çıxarıldı
Ölçü:


Bu gün Milli Məclisinin yaz sessiyasının sonuncu plenar iclası keçirilir.

Koordinat.az xəbər verir ki, İclasda “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi müzakirə olunur. Oqtay Əsədovun sədrliyi ilə keçirilən iclasda yalnız bu qanun layihəsinin müzakirəsi aparılacaq. İclas yekunlaşdıqdan sonra parlamentin yaz sessiyası başa çatacaq.

Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, yaz sessiyası fevralın 1-də başlanır və mayın 31-dək davam edir.

Parlamentin növbədənkənar sessiyasının da keçirilməsi nəzərdə tutulur.
31.05.2019 12:49:00
Oxuma sayı: 20