Polşanın prezidenti Bakıda belə qarşılandı– FOTO
Ölçü:


Azərbaycana rəsmi səfərə gələn Polşanın Prezidenti Andjey Dudanın Bakıda rəsmi qarşılanma mərasimi keçirilib.

Koordinat.az
xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Polşa Respublikasının Prezidenti Andjey Dudanın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan Prezidenti İlham Əliyev Polşa Prezidenti Andjey Dudanı qarşılayıb. Fəxri qarovul dəstəsinin rəisi Polşa Prezidentinə raport verib. Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

Polşa Prezidenti Azərbaycan əsgərlərini salamlayıb. Polşanın və Azərbaycanın dövlət himnləri səsləndirilib.

Azərbaycanın dövlət və hökumət nümayəndələri Prezident Andjey Dudaya, Polşa nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olunub.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Polşa Prezidenti Andjey Dudanın qarşısından keçib.
31.05.2019 12:06:00
Oxuma sayı: 24