Müəllimlərin işlə təminatına dair sənəd qəbulu iyunun 24-də başlanacaq
Ölçü:


“Dövlət ümumtəhsil müəssisələrinə müəllimlərin işə qəbulu üçün elektron sənəd qəbulu iyunun 24-də başlayacaq”.

Koordinat.az
xəbər verir ki, bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Murad Camalzadə media nümayəndələri üçün təlimdə deyib. Onun sözlərinə görə, sənəd qəbulu 10 gün davam edəcək.

Nazirlik rəsmisi qeyd edib ki, müsabiqənin aktiv mərhələsi avqustun 26-da başa çatacaq: “İşə qəbul bütün tədris ilində davam edir”.

M.Camalzadə bildirib ki, ötən il ölkədə 39 137 şəxs test imtahanı mərhələsində iştirak edib.

Xatırladaq ki, müəllimlərin işə qəbul prosesi 4 mərhələdə – elektron sənəd qəbulu, test müsabiqəsi, vakant yer seçimi və müsahibə mərhələlərindən ibarətdir. 
31.05.2019 12:36:00
Oxuma sayı: 35