4 neft tankeri hücuma məruz qalıb
Ölçü:


İran dünya bazarında neftin qiymətini qaldırmaq üçün Birləşmiş Ərəb Əmirliklərinin sularında dörd tankerə hücum edib.

Koordinat.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi Pompeoya istinadən məlumat yayıb. ABŞ dövlət katibi Maykl Pompeo deyib: “Bu, dünya bazarında neftin qiymətini artırmaq üçün edilib”.

Qeyd edək ki, mayın 12-də BƏƏ-nin Oman körfəzində yerləşən Fuceyra limanında ikisi Səudiyyə Ərəbistanı, biri BƏƏ, biri isə Norveçə məxsus 4 neft tankeri hücuma məruz qalıb.

Pentaqon da tankerlərə hücumda İranı günahlandırıb, lakin İran rəsmiləri bu iddiaları rədd edib. 
31.05.2019 09:48:00
Oxuma sayı: 16