BANM-in professoru beynəlxalq konfransda çıxış edib
Ölçü:


Bakı Ali Neft Məktəbinin (BANM) Neft-qaz mühəndisliyi kafedrasının professoru Fuad Vəliyev Türkiyənin İstanbul şəhərində keçirilən  IV Beynəlxalq Enerji Texnologiyaları Konfransında iştirak edib.

Koordinat.az xəbər verir ki, konfransın plenar iclasında BANM-in professoru “Mənfi  təzyiq effekti əsasında neftçıxarma sistemlərində  enerji qoruyucu texnologiyalar “ mövzusunda məruzə ilə çıxış edib. Məruzədə təqdim olunmuş nəticələr konfrans iştirakşılarının böyük marağına səbəb olub.

Professor Fuad Vəliyev, eyni zamanda təmsil etdiyi Ali Məktəb haqqında konfrans iştirakçılarına məlumat verib. Onun ümumilikdə, Azərbaycan haqqında, o cümlədən BANM-in tarixi, fəaliyyəti və inkişaf istiqamətləri haqqında verdiyi məlumatlar maraqla qarşılanıb. Ölkəmizə böyük maraq göstərən ayrı-ayrı universitetlərin nümayəndələri Ali Məktəblə elm və tədris sahəsində əməkdaşlıq etmək niyyətlərini ifadə ediblər.
26.12.2016 11:04:09
Oxuma sayı: 305