Hər sinifdə şagirdlərin sayı 20-dən çox olmalıdır
Ölçü:


Məktəblərin bütün siniflərində şagird sıxlığı var. Qanunvericiliyə edilmiş son dəyişikliyə əsasən, hər bir sinifdə şagird sayı 20 olmalıdır. Siniflər üzrə şagird sayı 30-dan çox olmamalıdır”.

Koordinat.az xəbər verir ki, bunu Təhsil nazirinin müavini İdris İsayev media üçün təlimdə yeni qəbul olunan “Ümumi təhsil haqqında” qanunla bağlı çıxışında qeyd edib. O bildirib ki, müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu məsələ ilə bağlı qərar qəbul edilməlidir: “Bu, siniflərin komplektləşdirilməsi baxımından mühüm addım olacaq”.

Nazir müavini qeyd edib ki, Azərbaycanda 1 milyon 600 min şagird təhsil alır, 150 minə yaxın müəllim pedaqoji faəliyyətlə məşğul olur, ölkədəki təhsil müəssisələrinin sayı isə 4500-dür: “360-yaxın müəssisədə təhsilalanlara ümumi təhsil, 800-ə yaxın müəssisədə ümumi-orta (IX illik) təhsili verilir. Beləliklə, əhalinin 16 faizi bu və ya digər formada bu sahə ilə bağlıdır”.

İ.İsayev qeyd edib ki, məktəblərə ixtisaslı psixoloqların cəlb edilməsi gündəmdədir: “Çünki bəzi hallarda məktəblərdə çalışan psixoloqlar öz ixtisası ilə çalışmayan kadrlardır. Eyni zamanda məktəblərdə psixoloq ştatının nəzərə alınmalıdır. Bunun üçün də meyarlar müəyyənləşməlidir”.
30.05.2019 14:53:00
Oxuma sayı: 36