İkili diplom proqramları üzrə təhsilhaqqını dövlət ödəyəcək
Ölçü:


"İkili diplom proqramlarının təsis edilməsi ilə tələbələr Azərbaycanda dünya standartlarına uyğun təhsil ala biləcəklər və onların təhsilhaqqı dövlət hesabına ödəniləcək".

Koordinat.az
xəbər verir ki, bunu Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Nicat Məmmədli “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”ndan gözləntilər mövzusunda təqdimatında deyib. Onun sözlərinə görə, ikili diplom proqramlarının təsis edilməsi ilə bağlı işlərə başlanılıb: "Xaricdə doktorantura səviyyəsində təhsilin maliyyələşdirilməsi nəzərdə tutulub. Dövlət Proqramı çərçivəsində hazırlanmış normativ-hüquqi aktlar Nazirlər Kabinetinə təqdim edilib. Bu il də proqram üzrə təhsil alacaq şəxslərin təhsil haqqlarını Azərbaycan Dövlət Neft Fondu maliyyələşdirəcək. Təhsil Nazirliyinin tabeliyində idarəetmə qrupu yaradılacaq".

30.05.2019 12:27:00
Oxuma sayı: 246