Qanunsuz yolla keçirilən siqaretlər aşkarlandı
Ölçü:


Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinə daxil olan məlumat əsasında "Şirvanlı" gömrük postunda Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Mercedes-Benz 230" markalı nəqliyyat vasitəsi saxlanılıb və gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsindən Koordinat.az-a verilən məlumata görə, baxış zamanı nəqliyyat vasitəsinin yük yerində olan paketlərdə və idman çantasında Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan, 5740 ədəd "Marlboro", 1560 ədəd "Marlboro Gold" və 4400 ədəd "Parliament" markalı siqaretlər aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

30.05.2019 11:53:00
Oxuma sayı: 58