Sumqayıt müəllimləri üçün inklüziv təlim keçirilib
Ölçü:


Mayın 25-də Azərbaycan Respublikası Təhsil Cəmiyyətinin təşkilatçılığı ilə Sumqayıt şəhərində müəllimlər üçün təlim keçirilib.

Koordinat.az xəbər verir ki, təlim ölkədə inklüziv təhsilin tətbiqini nəzərdə tutan Dövlət Proqramına uyğun olaraq təlim “İnklüziv təhsilin əsasları”mövzusunda təşkil edilib. Sumqayıt şəhərindəki 31 nömrəli tam orta məktəbin konfrans zalında keçirilən təlimdə şəhərin müxtəlif məktəblərinin rəhbərləri, fənn və ibtidai sinif müəllimləri iştirak ediblər.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ümumi Psixologiya Kafedrasının professoru Elmar Hüseynov təlim iştirakçılarına Azərbaycanda yeni tətbiq edilən inklüziv təhsilin əsaslarından, səciyyəvi xüsusiyyətlərindən bəhs edib. Professor E. Hüseynov sağlamlıq imkanları məhdud uşaqların ümumi tədris işinə cəlb edilməsinin əhəmiyyətindən və cəmiyyətin bu prosesə hazırlanmasında məktəbin və müəllimlərin rolundan danışıb.
Təlim iştirakçıların fəal disskusiyası şəraitində davam edib.

Təlimin sonunda iştirakçılardan Azərbaycan Dillər Universitetinin dosenti Şəfiqə Tahirova faydalı təlim materialları təqdim etdiyinə görə professor Elmar Hüseynova hər kəsin adından təşəkkürünü bildirib.

Sumqayıt şəhər Təhsil Şöbəsinin Metodiki kabinəsinin müdiri Gülbahar Haqverdiyeva bu mövzuda təlimi Sümqayıt müəllimləri üçün təşkil etdiyinə görə Təhsil Cəmiyyətinin rəhbərliyinə minnətdarlığını çatdırıb və belə təlimlərin əhəmiyyətini vurğulayıb.

AR Təhsil Cəmiyyəti İdarə Heyətinin üzvü Taleh Şahməmmədli təlimin keçirilməsində yaratdığı şəraitə görə Sumqayıt şəhər Təhsil şöbəsinin və 31 nömrəli məktəbin rəhbərliyinə, təlimdə fəal iştiraklarına görə müəllimlərə təşkilat adında minnətdarlıq edib.

Sonda təlim iştirakçılarına sertifikatlar verilib.

30.05.2019 10:16:00
Oxuma sayı: 35