"Azəri-Çıraq-Günəşli"yə 36 milyard dollar investisiya yatırılıb
Ölçü:


"Bu günə qədər "Azəri-Çıraq-Günəşli" (AÇQ) yatağından 485 milyon ton neft və 158 milyard kubmetr təbii qaz hasil edilib".

Koordinat.az
xəbər verir ki, bunu Azərbaycanın Energetika naziri Pərviz Şahbazov bu gün Bakıda keçirlən 26-cı Beynəlxalq “Xəzər Neft və Qaz” konfransında deyib. Nazir qeyd edib ki, AÇQ yatağında bu günə qədər yatırılan investisiyaların həcmi 36 milyard dollar təşkil edir.

P.Şahbazov vurğulayıb ki, Son 23 ildə ölkə iqtisadiyyatına təxminən 263 mlrd.dollar investisiya qoyulub ki,bunun 100,6 mlrd. dolları neft sektorunun payına düşür.
  
30.05.2019 10:07:00
Oxuma sayı: 25