Türkiyə Rusiyadan 4 divizion “S-400” kompleksi əldə edib
Ölçü:


Türkiyə Rusiyadan 2,5 mlrd. dollar  dəyərində 4 divizion “S-400” zenit-raket kompleksi əldə edib.

Koordinat.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb. “Rostex”in baş direktoru Sergey Çemezov “Kommersant”a verdiyi müsahibədə bildirib ki, Rusiya və Türkiyə “S-400”-lərin alınması üçün  Moskvanın kredit ayırmasına dair danışıqları başa çatdırıblar: “Yekun sənədləri təsdiqləmək qalıb. Kontrakt üzrə məbləğin 45 faizi avans şəklində, 55 faizini isə Rusiyanın təqdim edəcəyi kredit vəsaitləri hesabına ödəniləcək. Kompleksləri 2020-ci ilin martından  tədarük etməyə başlayacağıq”.

Moskva və Ankara arasında müvafiq saziş sentyabrın ortalarında imzalanıb.  
27.12.2017 09:43:00
Oxuma sayı: 765