Ağ tutun 10 faydası
Ölçü:


Hazırda tut növlərindən ən zərifi, ən dadlısının mövsümüdür. Şirəli ağ tut uşaqdan yaşlıya insan orqanizmi üçün saysız-hesabsız faydalara malikdir. Başqa meyvələri alıb masaya düzüb yeməyə öyrəşdiyimizdən, ağacdan ayrılandan sonra ömrü az olan bu meyvəni 1 stəkan yeməklə kirfayətlənirik. Halbuki mövsümündə istər ağ, istər qara tut gün ərzində azı 100 qr yeyilməlidir.

Koordinat.az
ağ tutun 10 maraqlı faydasını təqdim edir.

1.Qan əmələ gətirir, qanazlığının qarşısını alır

Ağ tutda dəmirin miqdarı çox olduğundan yaxşı qan yaradıcı xassəyə malikdir, qanın keyfiyyətini artırır. Ona görə anemiya, qanazlığı olanlar bu meyvədən ilboyu təzəsini və qurusunu yesin

2. Tərlədici, bəlğəmgətiricidir

Orqanizmdə yığılıb qalmış seliyi, bronxlardan bəlğəmi çıxarır, şirəsi öskürəyi kəsir, tərlədicidir. Bu məqsədlə tutun şirəsini için. Yarpaqları da, qabıqları da eyni təsir edir.

3. İmminiteti möhkəmlədir

Tez-tez xəstələnən, zəif insanlar yay-qış yesin. İmmuniteti qaldırır, orqanizmi səfərbər edir, maddələr mübadiləsini yaxşılaşdırır, insanı qüvvətləndirir

4. Qaraciyəri təmizləyir

Ağ tut qaraciyəri toksinlərdən təmizləyir, işini yaxşılaşdırır, qaraciyər hüceyrələrini yeniləyir.

5. Ürək, qan-damar sağlığını qoruyur

Qanı təmizlədiyindən, damarlardan pis xolesterini yuyur, ürəyə qanın normal işləməsini təmin edir, nəticədə ürək yorulmur. Tut ürək infarktı riskini azaldır, iflici önləyir.

6. Görməni yaxşılaşdırır


Tut şirəsi kompüterdə işləyən insanın gözləri üçün çox lazımdır. Uzun müddət radiasiya və işığa məruz qalan gözlər üçün bol A vitamini mənbəyidir. Retinapatiya  və görmə zəifləməsini yaradan sərbəst radikalları zərərsizləşdirir.

7. Böyrəkləri təmizləyir


20 qram ağ tut bir stəkan suda 20 dəqiqə saxlanılıb içiləndə sidikqovucu təsir edir. Sidik kisəsi, sidik yolları, böyrəkləri tut şirəsi yuyur.

8. Xərçəngə qarşıdır

Tutun tərkibində olan antioksidantlar xərçəngə yoluxma riskini azaldır, xərçəngə tutulmuş insanda isə şişlərin azalmasına səbəb  olar. Xüsusən prostat xərçənginə qarşı təsirlidir.

9. Qanda şəkəri tənzimləyər

Çox insanlar tut şirindir deyə, diabet xəstələrinə onu teməyi tövsiyə etmirlər. Lakin Amerika Diabet Dərnəyi 20 insan üzərində apardığı təcrübənin nəticəsində məlum oldu ki, tut qanda qlükoza səviyyəsini düşürür.

10. Dərini gözəlləşdirir

Tut antioksidant mənbəyi olduğundan dərinin gəncləşməsini, nəmlənməsini təmin edir, dəri xəstəliklərində sağaldıcı təsiri var. Çox quru dərilərə tut yarpaqlarını əzib zeytun yağı ilə qarışdırıb maska edirlər.

Tut dərini qoruyur, dəri xərçənginə qarşı təsirlidir. Eləcə də saçları sağlamlaşdırır. Tutu qaynadıb suyunu saç köklərinə çəkib, saçları yaxalayın.

Bütün bu faydaları əldə etmək üçün, il boyu həm ağ, həm qara tutu özünüzdən əsirgəməyin (Saglamolun.Az)
27.05.2019 09:55:00
Oxuma sayı: 169