Bakıda hərəkətdə olan avtomobilin təkəri çıxdı
Koordinat.az xəbər verir ki, hadisə paytaxtın Ziya Bünyadov prospektinin Binəqədi rayonuna düşən hissəsində qeydə alınıb. “Koroğlu” metro stansiyası istiqamətində hərəkətdə olan “Mercedes” markalı avtomobilin arxa sol təkəri qəfil çıxaraq əks istiqamətdə hərəkətdə olan “VAZ-2106” markalı maşına dəyib. “Mercedes” markalı maşın isə yoldan çıxaraq beton səkiyə çırpılıb.
25.05.2019 16:42:00
Oxuma sayı: 411