"Keşikçidağ" məsələsi həll olunur
Ölçü:


“Məsləhət görərdim ki, "Keşikçidağ" məsələsini şişirtməyək. Çünki hazırda məsələ tərəflər arasında  həll olunur və danışıqlar gedir”.

Koordinat.az xəbər verir ki, bunu “Azərbaycanda təhlükəsizlik sistemi. Dağlıq Qarabağ münaqişəsi və onun həlli yolları” mövzusunda keçirilən “dəyirmi masa”da çıxışı zamanı Milli Məclis sədrinin I müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov  deyib. O, qeyd edib ki, Gürcüstanda bəzi naşı dövlət adamları bəyanatlar verirlər: “Bunu da hansı qüvvələrin təsiri altında etdikləri bizə məlumdur. Çünki onlar iki dövlət arasında olan münasibətlərə xələl gətirmək istəyirlər. Xatırladım ki, Azərbaycanın Gürcüstanla mehriban qonşu ölkələrdir. Bu isti münasibətlər bundan sonra da davam edəcək”.
24.05.2019 16:47:00
Oxuma sayı: 293