Azərbaycan və Belarusun hərbi əməkdaşlığa dair işçi görüşdü - FOTO
Ölçü:


Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Belarus Respublikasının Müdafiə Nazirliyi arasında imzalanmış 2019-cu il üçün ikitərəfli hərbi əməkdaşlıq planına əsasən, Bakıda hər iki ölkənin hərbi inspeksiya üzrə ekspertləri səviyyəsində işçi görüşü keçirilib.

Müdafiə Nazirliyindən Koordinat.az-a verilən məlumata görə, bu gün nazirliyin Baş Hərbi İnspeksiyasının rəisi general-mayor Zakir Ağayev ölkəmizdə səfərdə olan belaruslu həmkarı general-mayor İvan Boquslavskinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Tərəflər hərbi inspeksiya sahəsində əməkdaşlığın mövcud vəziyyəti və perspektivləri barədə fikir mübadiləsi aparıb, əlaqələrin daha da inkişaf etdirilməsi imkanlarını müzakirə ediblər.

24.05.2019 16:24:00
Oxuma sayı: 74