Ziyafət Əsgərov YAP-çı gənclərə: "Ermənilərin ərazuisi, dövləti yox idi..."
Ölçü:


Dağlq Qarabağ münaqişəsi 1988-ci ildən başlayan münaqişə deyil. Ermənilərin 200 il ərzində Azərbaycan ərazilərinə iddiası olub.

Koordinat.az xəbər verir ki, bunu Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov parlamentdə Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyinin üzvləri ilə görüşdə deyib. O bildirib ki, ermənilər Qafazın aborigen xalqı deyil, sonradan bu ərazilərə gəlmədirlər.

Birinci vitse-spiker qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyəti 1919-cu ildə Fransada Millətlər Liqasına müraciət etdi və Azərbaycanı həmin liqada tanıdılar: “Həmin dövrdə ermənilər də liqaya müraciət etdilər, ancaq onları qəbul etmədilər, dedilər ki, sizin əraziniz yox, dövlətiniz yox, sərhədiniz yox, sizi nə adla qəbul edək?”.
24.05.2019 16:09:00
Oxuma sayı: 38