Tələbə qəbulu: keçid balları necə müəyyənləşir?
Ölçü:


Bəzi abituriyentlər sosial şəbəkələrdə imtahan suallarının çətinliyi səbəbindən keçid ballarının aşağı salınmasını tələb edirlər.

Koordinat.az
xəbər verir ki, Dövlət İmtahan Mərkəzi (DİM) imtahan ballarının aşağı salınması barədə təklifləri ciddi qaəbul etmir. DİM-dən bildiriblər ki, keçid balları bu qurum tərəfindən müəyyən edilmir: “Keçid balı ixtisas seçimi nəticəsində hər hansı ixtisas üzrə formalaşan və müvafiq ixtisasa ən aşağı balla qəbul olan abituriyentin balına bərabər olan göstəricidir. Keçid balı müəyyən bir ixtisas üzrə müsabiqədə iştirak edən abituriyentlərin sayı, həmin ixtisas üzrə plan yerləri və abituriyentlərin imtahan nəticələrindən asılı olaraq formalaşır”.

24.05.2019 15:06:00
Oxuma sayı: 470