Siqaret qaçaqmalçısı “Qırmızı Körpü”də saxlanıldı
Ölçü:


Gömrükçülər avtomobildə gizlədilən siqaretləri aşkarlayıblar.

Dövlət Gömrük Komitəsindən Koordinat.az-a verilən məlumata görə, Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi “QAZ 32213” markalı avtomobil Əməliyyat və Təhqiqat İdarəsininə daxil olan məlumat əsasında saxlanılıb və sürücüsü şifahi sorğu-sual edilib.

Sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gizlədilən və gömrük nəzarətinə mütləq bəyan edilməli hər hansı predmetin olmadığını bildirib. Lakin gömrük yoxlaması zamanı avtomobilin salonundan – dam örtüyünün altından 26 min ədəd “King” və 1000 ədəd “Parliament Silver Blue” markalı siqaret aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.
24.05.2019 14:55:00
Oxuma sayı: 97