Bakının yeni Baş Planı hazırdır
Ölçü:


Bakının Baş Planının yenidən hazırlanması üçün Azərbaycana böyük ekspert qrupu dəvət olunub. Hazırda ekspert qrupu layihə üzərində işləyir.

Koordinat.az
xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib. O, deyib ki, Baş Planın Azərbaycan Respublikasının şəhərsalma qanunvericiliyinin tələblərinə tam cavab verməsi və dünya təcrübəsinə uyğunluğu təmin ediləcək.

Eldar Əzizov bildirib ki, Bakının Baş Planı ilə bağlı layihə sənədi demək olar hazırdır, işlər tamamlanmaq üzrədir: “Tam hazır olandan sonra ictimaiyyətə təqdim ediləcək. Bakının yeni Baş Planı strateji bir hədəfdir”.

Xatırladaq ki, Bakının ilk Baş Planı 1898-ci ildə o dövrün məşhur memarı N.A.fon Der Nonne tərəfindən hazırlanıb. 1932-ci ildə paytaxtın ikinci Baş Planı işlənib. 1964-cü ildə isə Nazirlər Soveti şəhərin üçüncü Baş Planını təsdiqləyib. Sonuncu plan 1986-cı ildə Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə təsdiq olunub və bu sənəd 2005-ci ilədək olan dövrü əhatə edib.
24.05.2019 14:49:00
Oxuma sayı: 72