Qalmaqallı "Çıxış yolu" verilişinin yayımı bərpa olunub
Ölçü:


"Lider" televiziyasının "Çıxış yolu" verilişinin yayımı bərpa olunub.

Koordinat.az xəbər verir ki, bu barədə "Report"a Milli Televiziya və Radio Şurasının (MTRŞ) Aparat rəhbəri Toğrul Məmmədov bildirib. Onun sözlərinə görə, verilişin adı olduğu kimi saxlanılıb, formatında isə dəyişiklik edilib: "MTRŞ-nın verdiyi tövsiyələrin nəzərə alınması əsasdır".

Qeyd edək ki, "Çıxış yolu" verilişinin yayımı bir müddət əvvəl efirdə qeyri-etik ifadələr səsləndirildiyinə görə dayandırılıb.
22.12.2016 15:06:00
Oxuma sayı: 104