Rusiya ilə münasibətlərin bu həddə çatması Türkiyənin xeyrinə deyil
Ölçü:


"ABŞ-Türkiyə münasibətlərində gərginlik Türkiyə-Rusiya münasibətlərində olan istiləşmə ilə əlaqəlidir. Fikrimcə, Rusiya-Türkiyə münasibətlərinin gəlib bu həddə çatması Türkiyənin xeyrinə deyil".

Koordinat.az xəbər verir ki, Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu belə deyib. Onun sözlərinə görə, Türkiyə iqtidarı bu məsələləri daxili siyasətdə istifadə edir: "Yəni daxili siyasətdə bu məqamlardan yararlanır, o cümlədən İstanbuldakı seçkiləri istədiyi formada keçirir, başqa sahələrdə başqa cür addım atır. Məncə, Türkiyə iqtidarının başı daha çox daxili işlərinə qarışıb, türk dünyasına belə böyük diqqət ayırmır".

Partiya sədri deyib ki, Türkiyənin ənənəvi tarixi müttəfiqləri də Türkiyədən küsüb. Onun fikrincə, bu müttəfiqlər həm də Türkiyəyə göstərmək istəyirlər ki, biz burada durduğumuz halda sən hara gedirsən: "Yəni Türkiyənin Rusiyanın əlinə oynamasına imkan verməməyi çalışırlar. İndiki vəziyyət elədir ki, tərəflər bir-birinə varlığını sübut etməyə və göstərməyə çalışırlar. Amma İranın ətrafında, eləcədə Türkiyə çərçivəsində baş verənlər, Rusiyanın bu məsələyə münasibəti həm də Amerika-Rusiya münasibəti deməkdir. Təbii ki, son nəticədə məsələlər səbir və uzaqgörənliklə həll ediləcək".
24.05.2019 12:48:00
Oxuma sayı: 29