Mirmahmud Mirəlioğlu: "ABŞ İranla müharibə etməyəcək"
Ölçü:


"İran ətrafında baş verən proseslər əslində yeni deyil. Bu, çoxdanın məsələsidir, sadəcə zaman-zaman sahiblərinə lazım olanda gündəmə gətirilir"

Koordinat.az xəbər verir ki, bunu Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu Teleqraf.com-a  müsahibəsində bildirib. O, qeyd edib ki, əslində bu vəziyyətə ən çox Azərbaycan hazırlıqlı olmalıdır: "Əbülfəz Elçibəy buna hazırlaşırdı, Bütöv Azərbaycan Birliyində bu məsələni dəfələrlə vurğulayır, gündəmdə saxlayırdı. Düşünürdü ki, zaman gələr və biz hazırlıqsız yaxalana bilərik. Onun üçün Güneydə baş verənlərin, orada mübarizə aparanların gördüyü xeyli işlər var və görməli olacaqları da çoxlu işlər var. Bir sözlə, bu köhnə məsələ indi təzə ifadadır. Hələlik görüntüdür".

Mirmahmud Mirəlioğlu hesab edir ki, İran ətrafında indiki mərhələdə müşahidə olunan proseslər bundan əvvəlki proseslər kimi nəticələnəcək. O, İranda müharibə olacağı, böyük qaçqın ordusunun yaranacağı kimi hadisələri gözləmir: "İndi hamı danışır. Hətta Jrinovskidə çıxış edir, başqa cür danışır. Guya böyük mütəxəssislərdir. Sözsüz ki, Rusiyanın maraqlarını qorumaqda böyük mütəxəssisdir. Amma başqa məsələlərdə diletantdır və Elçibəyin, onun ardıclılarının 30 ildə dediklərini indi təkrar edirlər. Bu məsələ deyildiyi, düşünüldüyü və yazıldığı kimi ildırımsürətli inkişaf edəcək proses deyil. Bəli, müharibə olmayacaq, dünyanın düzəni belə istəyir. O başqa məsələdir ki, Trampın ağlından, qabiliyyətindən, məsələyə münasibətindən və gedişlərindən istifadə edərək nəsə etmək niyyətində olan mərkəzlər mövcuddur. Əslində İran işinin sahibləri var. Bu sahiblər də məsələnin bu cür təqdim edilməsini istəyirlər. Amma bu təqdimat nəyinsə baş verəcəyinə, müharibənin olacağına gətirib çıxarmayacaq. Müharibə üçün hələ erkəndir. Hazırda biz sadəcə nəbz yoxlamasını müşahidə edirik".

Mirmahmud Mirəlioğlu ABŞın Bəsrə körfəzinə az qala 100 min nəfərdən çox hərbçi, bombardmançı təyyarələr, nüvə başlığı, qırıcılar daşıyan gəmi gətirməsinə belə münasibət bildirib: "Bizim də düşmənlərimiz var, torpaqlarımızı işğal ediblər. Düşmən gəlib Şuşada rəqs edir, işğal yubileyi keçirir. Bizdə ordumuza təlim keçiririk, düşmənə mesaj veririk. İndilikdə ABŞ ordu və texnikasının körfəzdə olması da buna oxşar hadisədir. Sadəcə olaraq İran ətrafında həlqə daralır, amma məsələ müharibə həddinə qədər gəlib çatmayıb. Bu səbəbdən də müharibə olmayacaq".
24.05.2019 12:39:00
Oxuma sayı: 258