Rusiyada araqdan zəhərlənib ölənlərin sayı 71 nəfərə çatdı
Ölçü:


Rusiyanın İrkutsk şəhərində spirt tərkibli "Boyarışnık" içkisindən zəhərlənərək ölənlərin sayı 71 nəfərə çatıb.

Koordinat.az xəbər verir ki, bu barədə  “RİA Novosti” məlumat yayıb. Rusiya Səhiyyə Nazirliyinin region üzrə nümayəndəsi Tatyana Şkurskaya bildirib ki, son məlumatlara görə, ölənlərin sayı 71 nəfərdir. Onun sözlərinə görə, zərərçəkənlərin ümumi sayı 117 nəfərə çatıb: "Bu gecə daha bir nəfəri gətiriblər”.

Tatyana Şkurskaya bildirib ki, hazırda həmin xəstələrdən 36 nəfər stasionar müalicədədir.
22.12.2016 10:22:10
Oxuma sayı: 191