550 milyon qurğu “5G” şəbəkələrinə qoşulacaq
Ölçü:


İsveçin “Ericsson” telekommunikasiya avadanlığı istehsalçısı tərəfindən tərtib edilmiş “Mobility Report”un hesabatına əsasən, 2022-ci ilədək dünyada beşinci nəsil (“5G”) şəbəkələrinə qoşulmuş təxminən 550 milyon qurğu qeydə alınacaq.

Koordinat.az xəbər verir ki, şirkətin analitiklərinin proqnozuna görə, Şimali Amerika “5G” şəbəkələrinin yayılma tempinə görə lider olacaq: 2022-ci ilə bu regionda mobil rabitə abunəçilərinin 20 faizi yeni yüksəksürətli texnologiyadan istifadə edəcək. Müqayisə üçün, Asiya-Sakit okean regionunda bu göstərici 10 faiz təşkil edəcək.

“Ericsson-LG” mobil genişzolaqlı giriş bölməsinin baş meneceri Li Ci-xen bildirib ki, dünya üzrə bir çox operatorlar yaxın illərdə “5G” standartının kommersiya tətbiqinə hazırlaşırlar. Ekspertlərin proqnozuna görə, belə şəbəkələr 2020-ci ilə işə salınacaq, bundan sonra müxtəlif ölkələrdə həmin texnologiyadan kütləvi istifadə edilməyə başlanılacaq.

“4G” ilə müqayisədə “5G” texnologiyası məlumatları 20 dəfə sürətli ötürməyə imkan verir.
21.12.2016 16:17:09
Oxuma sayı: 408