Bakalavrların orta ixtisas təhsili müəssisələrinə qəbulu qaydaları
Ölçü:


Nazirlər Kabineti “Orta ixtisas təhsili müəssisələrinə bakalavrların, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə (əsas (baza ali)
tibb təhsilinə) müvafiq ixtisaslar üzrə subbakalavrların qəbulu,
habelə bakalavriatı (əsas (baza ali) tibb təhsilini) başa vurmayan
şəxslərin orta ixtisas təhsili müəssisələrinə köçürülməsi
Qaydaları”nı təsdiq edib.

Koordinat.az Baş nazir Novruz Məmmədovun 20 may 2019-cu ul tarixli imzası ilə təsdiqlənmiş həmin qaydaları oxuculara təqdim edir:

1. Ümumi müddəalar
1.1.
Bu Qaydalar “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun    26.1-1-ci  maddəsinə  əsasən  hazırlanmışdır  və
Azərbaycan  Respublikasının  orta  ixtisas  təhsili  müəssisələrinə
bakalavrların,  ali  təhsil müəssisələrinə  subbakalavrların  qəbulu,
habelə  bakalavriatı  (əsas  (baza  ali)  tibb  təhsilini)  başa  vurmayan
şəxslərin orta ixtisas təhsili müəssisələrinə köçürülməsi qaydalarını
müəyyən edir.
1.2.  Bu  Qaydalarda  “subbakalavrlar”  dedikdə,  “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq orta  ixtisas təhsili pilləsi üzrə “subbakalavr”  peşə-ixtisas dərəcəsi almış şəxslər başa düşülür.
1.3.  Bu  Qaydalarda  istifadə  olunan  anlayışlar  “Təhsil haqqında” Azərbaycan Respublikasının  Qanununda və Azərbaycan Respublikasının  digər  normativ  hüquqi  aktlarında  nəzərdə  tutulan
mənaları ifadə edir.
2. Bakalavrların orta ixtisas təhsili müəssisələrinə qəbulu
2.1. Bakalavrlar ali təhsil pilləsi üzrə aldıqları ixtisasdan asılı
olmayaraq,  orta  ixtisas  təhsili müəssisələrinə  ödənişli  əsaslarla
müsabiqədənkənar qəbul olunmaq hüququna malikdirlər. Orta ixtisas
təhsili  pilləsində  dövlət  hesabına    təhsil  almaq  üçün  bakalavrlar
Azərbaycan  Respublikasının  Dövlət  İmtahan  Mərkəzi  (bundan
sonra - Mərkəz)  tərəfindən  orta  ixtisas  təhsili  müəssisələrinə
keçirilən müsabiqədə ümumi qaydada iştirak etməlidirlər.
2.2.  Orta  ixtisas  təhsili  müəssisələrinə  müsabiqədənkənar
qəbul  olunmaq  istəyən  bakalavrlar  ərizə  ilə  həmin  təhsil
müəssisələrinə müraciət edir və aşağıdakı sənədləri qəbul olunmaq
istədikləri orta ixtisas təhsili müəssisələrinə təqdim edirlər:
2.2.1.  Azərbaycan  Respublikasının  vətəndaşları  şəxsiyyət
vəsiqələrini,  əcnəbilər  pasportlarını  və  (və  ya)  icazə  vəsiqələrini),
vətəndaşlığı  olmayan  şəxslər  yaşadıqları ölkənin  hüdudlarından
kənara getmək üçün onlara verilən sənədləri və ya icazə vəsiqələrini,
Azərbaycan  Respublikasında  daimi  yaşayan  vətəndaşlığı  olmayan
şəxslər  şəxsiyyət  vəsiqələrini,  qaçqın  statusu  almış  şəxslər  və
onların  ailə  üzvləri  qaçqın  vəsiqələrini,  onlara  verilmiş  yol
sənədlərini,  beynəlxalq  müqavilələrdə  nəzərdə  tutulmuş  hallarda
digər sənədləri və ya icazə vəsiqələrini;
2.2.2.  ali  təhsil  haqqında  sənədin  və  ona  əlavənin  notarial
qaydada təsdiq edilmiş surətini;
2.2.3.  əcnəbilər  və  xarici  ölkələrdə  təhsil  almış  şəxslər  bu Qaydaların  2.2.1-ci  və  2.2.2-ci  yarımbəndlərində  qeyd  olunan
sənədlərlə yanaşı, həmin sənədlərin notarial qaydada təsdiq edilmiş
Azərbaycan  dilinə  tərcüməsini  və  bu  Qaydaların  2.2.2-ci yarımbəndində qeyd olunan ali təhsil haqqında sənədin Azərbaycan
Respublikasında tanınması barədə şəhadətnamənin notarial qaydada
təsdiq edilmiş surətini.
2.3.  Orta  ixtisas  təhsili  müəssisələrinə  bakalavrların müsabiqədənkənar qəbulu təhsil müəssisəsi tərəfindən aparılır.
2.4.   Bakalavrın   orta   ixtisas   təhsil   müəssisəsinə müsabiqədənkənar qəbul edilməsi ilə bağlı əmr yalnız Azərbaycan
Respublikasında təhsil alan bakalavrın bu Qaydaların 2.2-ci bəndinə
uyğun  olaraq  təqdim  etdiyi  sənədlər  Mərkəzin  “Tələbə-Məzun”
Dövlət Elektron Məlumat Sistemi vasitəsilə, xarici ölkədə təhsil alan
bakalavrın  isə bu Qaydaların 2.2.3-cü yarımbəndinə uyğun olaraq
təqdim  etdiyi  şəhadətnamə  Azərbaycan  Respublikası  Təhsil
Nazirliyinin  (bundan  sonra –Nazirlik)  məlumat  bazası  üzərindən
yoxlanıldıqdan sonra və həmin məlumatlarda uyğunsuzluq və (və ya)
çatışmazlıq aşkar edilmədikdə verilir. 
2.5.  Bakalavrın  bu  Qaydaların  2.2-ci  bəndinə  uyğun  olaraq
təqdim etdiyi sənədlərdə uyğunsuzluq və (və ya) çatışmazlıq aşkar
edildikdə  və  onların  aradan  qaldırılması  mümkün  olmadıqda,
bakalavrın  orta  ixtisas  təhsili  müəssisəsinə  qəbul  edilməsindən
imtina olunur.
2.6. Müvafiq ixtisaslar üzrə qəbul olunacaq bakalavrların sayı
mövcud  maddi-texniki  baza  və  elmi-pedaqoji  potensial  nəzərə
alınmaqla, təhsil müəssisəsi tərəfindən müəyyənləşdirilir.
2.7.  Orta  ixtisas  təhsili  müəssisəsi  bakalavrın  həmin  təhsil
müəssisəsinə  qəbul  edilməsi  və  ya  qəbul  edilməsindən  imtina
edilməsi  (imtina  səbəbi  göstərilməklə)  barədə  10  (on)  iş  günü
müddətində ərizəçiyə məlumat verməlidir.
2.8. Bakalavrın orta ixtisas təhsili müəssisəsinin onun həmin təhsil  müəssisəsinə  qəbul  edilməsindən  imtina  edilməsi  barədə qərarından  inzibati  qaydada  və  ya  məhkəməyə  şikayət  vermək
hüququ vardır.  
3. Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə (əsas (baza ali) tibb təhsilinə) müvafiq ixtisaslar üzrə subbakalavrların qəbulu

3.1.  Subbakalavrlar  ali  təhsil  müəssisələrinin  bakalavriat
səviyyəsinə  (əsas  (baza  ali)  tibb  təhsilinə)  müvafiq  ixtisaslar  üzrə
Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  2017-ci  il  8  fevral
tarixli  39  nömrəli  Qərarı  ilə  təsdiq  edilmiş  “Azərbaycan
Respublikasının   ali   təhsil   müəssisələrinə   tələbə   qəbulu
Qaydaları”nın  (bundan  sonra –Tələbə  Qəbulu  Qaydaları)  3-cü
hissəsi ilə müəyyən olunmuş qəbul imtahanlarında iştirak etmədən
müsabiqə yolu ilə qəbul olunmaq hüququna malikdirlər. İxtisasların
uyğunluğu   (müvafiqliyi)   Mərkəzlə   razılaşdırılmaqla,   Nazirlik
tərəfindən müəyyən olunur.
3.2.  Qəbul  imtahanlarında  iştirak  etmədən  ali  təhsil müəssisələrinin  bakalavriat  səviyyəsinə  qəbul  olunmaq  istəyən
subbakalavrların  ərizələrinin  qəbulu  Tələbə  Qəbulu  Qaydalarının
2.1-2.3-cü  yarımbəndlərinə  əsasən  Mərkəz  tərəfindən  aparılır.
Subbakalavrlar  ərizə  qəbulu  zamanı  Tələbə  Qəbulu  Qaydalarında
göstərilən  digər  sənədlərlə  yanaşı  bitirdikləri  orta  ixtisas  təhsili
müəssisəsindən  alınmış  ümumi  orta  müvəffəqiyyət  göstəricisi
(ÜOMG)  barədə  bu  Qaydalara  əlavədəki  formaya  uyğun  arayış
təqdim etməlidirlər.
3.3.  Subbakalavrlar  ali  təhsil  müəssisələrinin  bakalavriat  
səviyyəsinə (əsas (baza ali) tibb təhsilinə) qəbul olunarkən,
həmin təhsil müəssisələrində yalnız tədris dili orta ixtisas təhsili pilləsində təhsil aldıqları dilə uyğun ixtisasları seçmək hüququna malikdirlər.
3.4.  Ali  təhsil  müəssisələrinin  xüsusi  qabiliyyət  tələb  edən
ixtisasları üzrə təhsil almaq istəyən subbakalavrlar Tələbə Qəbulu
Qaydalarına  uyğun  olaraq,  Mərkəzin  rəsmi  internet  saytında
seçdikləri  xüsusi  qabiliyyət  tələb  edən  ixtisasın  daxil  olduğu komissiya üzrə qeydiyyatdan keçir və müəyyən edilmiş cədvəl üzrə
ödənişli  əsaslarla  qabiliyyət  imtahanlarında  iştirak  edirlər.
Subbakalavrlar  ərizələrində  ali  təhsil  müəssisələrinin  xüsusi
qabiliyyət  tələb  edən  ixtisaslarını  yalnız  qabiliyyət  imtahanından
Nazirliklə  razılaşdırılmaqla  Mərkəz  tərəfindən  müəyyən  edilən
müsabiqə  şərtlərinə  uyğun  qiymət  aldıqları  halda  göstərmək
hüququna malikdirlər.
3.5.  Qəbul  imtahanlarında  iştirak  etmədən  ali  təhsil müəssisələrinin  bakalavriat  səviyyəsinə  (əsas  (baza  ali)  tibb
təhsilinə) qəbul olunmaq istəyən subbakalavrlar və qəbul imtahanı
verən abituriyentlər müsabiqədə eyni zamanda iştirak edirlər. Qəbul
imtahanlarında iştirak etmədən ali təhsil müəssisələrinin bakalavriat
səviyyəsinə  (əsas  (baza  ali)  tibb  təhsilinə)  qəbul  olunmaq  istəyən
subbakalavrlar   müsabiqədə   Mərkəzin   Nazirliklə   razılaşdırılmaqla,
müvafiq  ixtisas  qrupları  (müvafiq  ixtisaslar)  üzrə  müəyyən etdiyi  keçid  balı  əsasında  (qəbul  imtahanı  verən  abituriyentlər yerləşdirildikdən sonra) iştirak edirlər.
3.6.  Subbakalavrlar  ali  təhsil  müəssisələrinin  müvafiq
ixtisaslarını seçir, onları istədikləri ardıcıllıqla Mərkəzin rəsmi internet
səhifəsində Tələbə Qəbulu Qaydalarının 2.1-ci bəndində göstərilən
“Abituriyentin  elektron  ərizəsi”nə  daxil  edir  və  təsdiqləyirlər.
Subbakalavr müsabiqədən keçdiyi  ilk ixtisasa yerləşdirilir.
3.7.  Müsabiqədə  aşağıdakı  meyarlarüzrə  göstəriciləri  daha
yüksək olan  subbakalavrlara üstünlük verilir:
3.7.1. ümumi orta müvəffəqiyyət göstəricisi (ÜOMG);
3.7.2. təhsil haqqında sənədə (attestata) tədris dili, ədəbiyyat,
xarici  dil,  riyaziyyat,  Azərbaycan  tarixi,  ümumi  tarix,  fizika,
kimya, biologiya,  coğrafiya  fənləri  üzrə  yazılmış  yekun  qiymətlərin  ədədi ortası.
3.8.  Subbakalavrın  müvafiq  ixtisaslar  üzrə  müsabiqədə
imtahan vermədən iştirak etməsi onu Mərkəz tərəfindən Azərbaycan
Respublikasının  ali  təhsil  müəssisələrinə  keçirilən  tələbə  qəbulu
müsabiqəsində ümumi qaydada iştirak etmək hüququndan məhrum
etmir. 
3.9.  Subbakalavrın  ali  təhsil  müəssisəsinə  qəbul  edilməsi
zamanı  bu  Qaydaların  3.2-ci  bəndinə  əsasən  təqdim  etdiyi
sənədlərdə uyğunsuzluq və (və ya) çatışmazlıq aşkar edildikdə
və onların aradan qaldırılması mümkün olmadıqda, onun müsabiqədə
iştirakına  yol  verilmir.  Belə  hallar  müsabiqədən  sonra  aşkar
edildikdə, subbakalavrın yerləşdirilməsi ləğv edilir.
4. Ali təhsil pilləsinin bakalavriat (əsas (baza ali) tibb təhsilini)
səviyyəsini başa vurmayan şəxslərin orta ixtisas təhsili müəssisələrinə köçürülməsi

4.1. Ali təhsil pilləsinin bakalavriat səviyyəsini (əsas (baza ali)
tibb  təhsilini)  müvafiq  ixtisas  üzrə  normativ  təhsil  müddətindən
sonrakı  15  il  müddətində  (həqiqi  hərbi  xidmət  müddəti  istisna
olmaqla)  başa  vurmayan  şəxs  təhsilini  orta  ixtisas  təhsili müəssisəsində bu Qaydaların 4.10-cu bəndinə uyğun seçilmiş ixtisas
üzrə davam etdirmək hüququna malikdir.
4.2.  Ali  təhsilin  bakalavriat  səviyyəsini  (əsas  (baza  ali)  tibb
təhsilini) başa vurmayan şəxslərin orta ixtisas təhsili müəssisələrinə
köçürülməsi  məsələsinə  qış  və  yay  tətili  müddətində  onların
müraciəti əsasında baxılır.
4.3.  Əcnəbi  və  ya  vətəndaşlığı  olmayan  şəxslərin  ali  təhsil
müəssisəsindən  orta  ixtisas  təhsili  müəssisəsinə  köçürülməsi
məsələsi də bu Qaydalarla tənzimlənir.
4.4.  Xarici  ölkələrin  təhsil  müəssisələrinin  və  Azərbaycan
Respublikasında  fəaliyyətini  dayandırmış  ali  təhsil  müəssisələrinin
bakalavriat səviyyəsini (əsas (baza ali) tibb təhsilini) başa vurm
ayan şəxslərin köçürülməsi məsələsinə orta ixtisas təhsili müəssisəsinin vəsatəti  əsasında,  Azərbaycan  Respublikasında  ali  təhsilin bakalavriat səviyyəsini (əsas (baza ali) tibb təhsilini) başa vurmayan şəxslərin köçürülməsi məsələsinə isə transfer.edu.az
elektron portalı vasitəsilə Nazirlik tərəfindən baxılır.
4.5.  Dövlət  orqanlarının  (qurumlarının)  tabeliyində  olan  orta
ixtisas  təhsili  müəssisələrinə  tələbələrin  köçürülməsi  məsələsinə
baxılan zaman həmin dövlət orqanlarının (qurumlarının) razılığı da
tələb olunur.
4.6. Ali təhsilin bakalavriat səviyyəsindən (əsas (baza ali) tibb
təhsilindən)  orta  ixtisas  təhsili  müəssisəsinə  köçürülən  şəxslər
təhsillərini yalnız ödənişli əsaslarla davam etdirirlər.
4.7. Ali təhsilin bakalavriat səviyyəsindən (əsas (baza  ali)  tibb
təhsilindən) orta ixtisas təhsili müəssisəsinə köçürülən şəxs həmin
təhsil  müəssisəsində  köçürüldüyü  ixtisas  üzrə  təhsil  alacağı  qrup
üçün müəyyən edilmiş məbləğdə təhsil haqqı ödəyir.
4.8. Xarici ölkədə qiyabi (distant) təhsil alan və (və ya) fəaliyyət göstərdiyi  ölkədə  akkreditə  olunmayan  ali  təhsil  müəssisəsindən
Azərbaycan  Respublikasının  orta  ixtisas  təhsili  müəssisələrinə
tələbələrin köçürülməsinə yol verilmir.
4.9.  Tələbə  ali  təhsil  müəssisəsindən  orta  ixtisas  təhsili
müəssisəsinə köçürüldüyü halda, onun əvvəllər qazandığı kreditlər
(təhsil  nəticələri)  Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin
2013-cü il 26 dekabr tarixli 354 nömrəli Qərarı ilə təsdiq edilmiş “Orta
ixtisas  təhsili  müəssisələrində  kredit  sistemi  ilə  tədrisin  təşkili
Qaydaları”nın  3.2.17-ci  yarımbəndinin  tələblərinə  uyğun  olaraq  
nəzərə alınır.
4.10.  Ali  təhsilin  bakalavriat  səviyyəsini  başa  vurmayan
şəxslərin orta ixtisas təhsili müəssisəsinə köçürülməsi onların qəbul
olunduqları və köçürüldükləri ixtisasların yalnız eyni ixtisas  qrupuna
daxil olduğu halda aparılır.
4.11. Bu Qaydaların 4.10-cu bəndində nəzərdə tutulan ixtisas qrupları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu  il  11 fevral  tarixli  45  nömrəli  Qərarı  ilə  təsdiq  edilmiş  “Ali  təhsilin bakalavriat  (əsas  (baza  ali)  tibb  təhsili)  səviyyəsi  üzrə  ixtisasların (proqramların)  Təsnifatı”  və    Azərbaycan  Respublikası  Nazirlər
Kabinetinin  2010-cu il 19 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq
edilmiş “Orta ixtisas təhsili üzrə ixtisasların Təsnifatı” ilə müəyyən olunur.
4.12.  Bu  Qaydaların  4.11-ci  bəndində  göstərilən  “Ali  təhsilin
bakalavriat  (əsas  (baza  ali)  tibb  təhsili)  səviyyəsi  üzrə  ixtisasların
(proqramların)  Təsnifatı”nın  “Təbiət  ixtisasları  qrupu”na  və  “Əsas
(baza ali) tibb təhsili üzrə ixtisaslar qrupu”na  daxil olan ixtisaslar
üzrə  bakalavriat  səviyyəsini  (əsas  (baza  ali)  tibb  təhsilini)  başa
vurmayan  şəxslərin  orta  ixtisas  təhsili  müəssisəsinə  köçürüldüyü
ixtisasların siyahısı Nazirlik tərəfindən müəyyən olunur.
4.13.  Azərbaycan  Respublikasında  ali  təhsilin  bakalavriat səviyyəsini (əsas (baza ali) tibb təhsilini) başa vurmayan şəxslərin
orta ixtisas təhsili müəssisələrinə köçürülməsi üçün onlar Nazirliyin
transfer.edu.az elektron portalı vasitəsilə ərizə ilə müraciət etməli və
ərizələrinə  təhsil  müddətində  tədris  olunan fənlər  üzrə  topladıqları
kreditləri  və  qiymətləri  (hərf  və  balla)  özündə  əks  etdirən  sənədi
(bundan  sonra –akademik  transkript)  və  təhsil  haqqı  borclarının
olmaması barədə arayışı əlavə etməlidirlər.
4.14.  Bu  Qaydaların  4.13-cü  bəndində  nəzərdə  tutulan ərizəçinin  təqdim  etdiyi  sənədlərdəki  məlumatlar  “Tələbə-məzun” dövlət  elektron  məlumat  sistemində  mövcud  olan  müvafiq məlumatlarla
tutuşdurulur,  sənədlərdə  uyğunsuzluq  və  (və  ya) çatışmazlıq  aşkar  edilmədikdə,  ərizəçinin  köçürülməsi  ilə  bağlı müsbət  qərar  qəbul  olunur  və  Nazirlik  tərəfindən  ərizəçinin köçürüldüyü  orta  ixtisas  təhsili  müəssisəsinə  Nazirliyin  razılıq məktubu,  ərizəçinin  təhsil  aldığı  ali  təhsil  müəssisəsinə  isə  onun şəxsi işinin ərizəçinin köçürüləcəyi təhsil müəssisəsinə göndərilməsi ilə bağlı məktub təqdim edilir.
4.15.  Bu  Qaydaların  4.13-cü  bəndində  nəzərdə  tutulan ərizəçinin  sənədlərində  uyğunsuzluq  və  (və  ya)  çatışmazlıq  aşkar edildikdə,  Nazirlik  tərəfindən  köçürülmədən  imtina  barədə  qərar qəbul  edilir  və  imtinanın  səbəbləri  göstərilməklə,  bu    barədə ərizəçiyə 3 (üç) iş günü müddətində məlumat verilir.
4.16.
  Xarici  ölkələrin  təhsil  müəssisələrində,  eləcə  də Azərbaycan  Respublikasında  fəaliyyətini  dayandırmış  ali  təhsil müəssisəsində bakalavriat səviyyəsini (əsas (baza ali) tibb təhsilini) başa  vurmayan  şəxslərin    orta  ixtisas  təhsili  müəssisələrinə köçürülməsi  üçün  onlar  ərizə  ilə  köçürülmək  istədiyi  orta  ixtisas təhsili  müəssisəsinə  müraciət  etməli  və    ərizələrinə  aşağıdakı sənədləri əlavə etməlidirlər:
4.16.1. akademik transkript;
4.16.2. Mərkəz tərəfindən keçirilən qəbul imtahanlarında iştirak
edib-etməməsi barədə arayış.
4.17. Xarici ölkələrin təhsil müəssisələrində təhsil alan şəxslər
bu  Qaydaların  4.16-cı  bəndində  göstərilən  sənədlərlə  yanaşı, həmçinin  təhsil  aldıqları  müddətdə  onların  təhsil  aldıqları  ölkəyə
gedib-gəlmələrinə  dair  təsdiqləyici  sənədləri  və    bu  Qaydaların
4.16.1-ci yarımbəndində göstərilən sənədin  notarial qaydada təsdiq
edilmiş Azərbaycan dilinə tərcüməsini də əlavə etməlidirlər. 
4.18. Xarici  ölkələrin  təhsil  müəssisələrində  təhsil  alan ərizəçinin  müraciət  etdiyi  orta  ixtisas  təhsili  müəssisəsi  onun həqiqətən xarici ölkədə təhsil almasını, onun təhsil aldığı ali təhsil müəssisəsinin  həmin  ölkədə  akkreditasiyasının  olmasını  müəyyən etmək
üçün təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkənin aidiyyəti qurumlarına  sorğu  göndərir.  Orta  ixtisas  təhsili  müəssisəsi göndərdiyi  sorğuya  müsbət  cavab  aldığı  halda,  ərizəçinin köçürülməsi ilə bağlı Nazirlik qarşısında vəsatət qaldırır.
4.19.   Xarici ölkələrin  təhsil  müəssisələrindən,  eləcə  də ölkəmizdə  fəaliyyətini  dayandırmış  ali  təhsil  müəssisəsindən köçürülmə ilə bağlı orta ixtisas təhsili müəssisəsinin vəsatətinə və ərizəçinin  bu  Qaydaların  4.16.1-ci  yarımbəndinə  uyğun  olaraq təqdim  etdiyi  akademik  transkriptə  əsasən  ərizəçinin  orta  ixtisas təhsili  müəssisəsinin  vəsatətində  və  ya  ərizəçinin  ərizəsində  qeyd olunan  ixtisasa  uyğunluğu Nazirlik tərəfindən müəyyən edilir.
4.20. Nazirlik xarici ölkələrin təhsil müəssisələrində təhsil alan
şəxslərin  təhsil  aldıqları  müddətdə  təhsil  aldıqları  ölkəyə  gedib
-gəlmələrinə dair təsdiqləyici sənədləri, o cümlədən elektron sənədləri
əldə  etmək  üçün  dövlət  orqanlarının  (qurumlarının)  elektron
informasiya  ehtiyatlarından  (məlumat  bazaları,məlumat-axtarış sistemləri,  reyestrlər  və  digər  informasiya  resursları)  müəyyən
olunmuş hədlərdə istifadə edir. Bu mümkün olmadığı hallarda, həmin
sənədlərin  təqdim  edilməsi  ərizəçinin  razılığı  ilə  sorğu  əsasında
aidiyyəti orqandan (qurumdan) tələb olunur və ya ərizəçi tərəfindən
təmin edilir.
4.21.  Dövlət  orqanları  (qurumları)  Nazirliyin  bu  Qaydaların
4.20-ci bəndində nəzərdə tutulmuş sorğusuna ən geci 7 (yeddi) iş
günündə baxaraq cavab verməlidirlər.
4.22.  Nazirlik  orta  ixtisas  təhsili  müəssisəsinin  və  bu Qaydaların 4.16-cı bəndində nəzərdə tutulmuş ərizəçinin Qaydaların tələbləri nəzərə alınmaqla təqdim etdikləri sənədlərində uyğunsuzluq və (və ya) çatışmazlıq aşkar etmədikdə, ərizəçinin köçürülməsi ilə bağlı müsbət qərar qəbul edir və 5 (beş) iş günü müddətində orta ixtisas təhsili müəssisəsinə göndərir. Köçürülmə məsələsinə baxılan zaman ərizəçinin akademik göstəriciləri də nəzərə alınır.
4.23.  Nazirliyin  müvafiq  məktubu  daxil  olduqdan  sonra  bu Qaydaların 4.13-cü bəndində nəzərdə tutulan ərizəçinin təhsil aldığı
ali təhsil müəssisəsinin rəhbəri onun orta ixtisas təhsili müəssisəsinə
köçürülməsi  ilə  bağlı  həmin  təhsil  müəssisəsindən  xaric  olunması
barədə  əmr  verir  və  akademik transkriptlə  birlikdə tələbənin  şəxsi
işini 5 (beş) iş günü müddətində onun köçürüldüyü orta ixtisas təhsi
li müəssisəsinə  göndərir. Ərizəçinin  şəxsi  işi  ali  təhsil  müəssisəsi
tərəfindən onun özünə və ya etibarnamə əsasında onun səlahiyyətli
nümayəndəsinə verilə bilər. Azərbaycan Respublikasında fəaliyyətini
dayandırmış  təhsil  müəssisələrinin    bakalavriat  səviyyəsini  (əsas
(baza ali) tibb təhsilini) başa vurmayan şəxslərin şəxsi işi ərizəçiyə
onun müraciəti əsasında Nazirlik tərəfindən və ya “Milli arxiv Fondu
haqqında”    Azərbaycan  Respublikasının  Qanununa  əsasən  verilir.
Xarici ölkələrin təhsil müəssisələrində bakalavriat səviyyəsini (əsas
(baza ali) tibb təhsilini) başa vurmayan ərizəçinin şəxsi  işi onun özü
tərəfindən orta ixtisas təhsili müəssisəsinə təqdim edilir.
4.24.  Ərizəçinin  köçürüldüyü  orta  ixtisas  təhsili  müəssisəsi
ərizəçinin şəxsi işi daxil olduqdan sonra 5 (beş) iş günü müddətində
akademik transkriptlə köçürüldüyü ixtisasın tədris planındakı fənlər
üzrə  kreditləri  müqayisə  edir,  uyğun  olanları  nəzərə  alır  və  onun
tələbə kontingentinə daxil edilməsi barədə əmr verir.
4.25. Ali təhsil pilləsinin bakalavriat səviyyəsini (əsas (baza ali)
tibb təhsilini) normativ təhsil müddətindən sonrakı 15 il müddətində
(həqiqi hərbi xidmət müddəti istisna olmaqla) başa vurmayan və ali
təhsil  müəssisəsindən  xaric  olunmuş  şəxslər  də  təhsillərini  orta
ixtisas təhsili müəssisələrində davam etdirmək hüququna malikdirlər.
Onların  orta  ixtisas  təhsili  müəssisələrinə  bərpası  bu  Qaydaların 4.2-4.24-cü bəndləri ilə tənzimlənir.
5. Yekun müddəa
5.1.   Bakalavrlar   orta   ixtisas   təhsili   müəssisələrinə, subbaka
lavrlar  ali  təhsil  müəssisələrinin  bakalavriat  səviyyəsinə (əsas  (baza  ali)  tibb  təhsilinə)  qəbul  olunduqda  və  ya  ali  təhsilin
bakalavriat səviyyəsini (əsas (baza ali) tibb təhsilini) başa vurmayan
şəxslər  orta  ixtisas  təhsili  müəssisələrinə  köçürüldükdə, onların
müvafiq  ixtisasın  təhsil  proqramı  üzrə  topladığı  kreditlər  nəzərə
alınır.
23.05.2019 13:06:37
Oxuma sayı: 59