Kollec məzunlarının universitetlərə imtahansız qəbulu qaydaları
Ölçü:


Baş nazir Novruz Məmmədov “Orta ixtisas təhsili müəssisələrinə bakalavrların, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə (əsas (baza ali) tibb təhsilinə) müvafiq ixtisaslar üzrə subbakalavrların qəbulu, habelə bakalavriatı (əsas (baza ali) tibb təhsilini) başa vurmayan şəxslərin orta ixtisas təhsili müəssisələrinə köçürülməsi Qaydaları”nı təsdiq edib.

Koordinat.az xəbər verir ki, qərar “Təhsil haqqında” qanununa edilən dəyişikliklərin icrasını təmin etmək məqsədilə imzalanıb. Bu Qaydalarda “subbakalavrlar” dedikdə, orta ixtisas təhsili pilləsi üzrə “subbakalavr” peşə-ixtisas dərəcəsi almış şəxslər başa düşülür.

Qərar 2012-ci ildən etibarən kollecləri bitirən subbakalavrlara şamil olunacaq. Qabiliyyət tələb edən ixtisaslara qəbul olunmaq üçün isə DİM-in təşkil etdiyi qabiliyyət imtahanlarında iştirak etməlidir.

Qaydalarla müvafiq keçiddə tanış ola bilərsiniz. 
23.05.2019 11:39:00
Oxuma sayı: 136