Nazir etiraf edir: "...mexanizm yoxdur"
Ölçü:


“2017-ci ildə AMEA-nın magistraturasına 31 ixtisas üzrə 133 yerin ayrılması nəzərdə tutulur”.

Koordinat.az xəbər verir ki, bunu təhsil naziri Mikayıl Cabbarov AMEA-nın ümumi yığıncağı və Təhsil Nazirliyinin kollegiyasının birgə elmi sessiyasında bildirib. O, deyib ki, 2015-ci ildə AMEA-nın magistraturasına 7 ixtisas üzrə 20 yer, 2016-cı ildə 19 ixtisas üzrə 63 yer ayrılıb.

Hazırda ali təhsil müəssisələrində elmin maliyyələşdirilməsi mexanizminin mövcud olmadığına toxunan təhsil naziri bildirib ki, bu sahədə dövlət siyasətinin alətlər və resurslarla dəstəklənməsinə ehtiyac var. Nazir çıxışında vurğulayıb ki, səmərəli elmi tədqiqat aparmağı təmin etmək üçün ali təhsil və elmi-tədqiqat müəssisələrinin müştərək istifadə edə biləcəyi elmi-tədqiqat laboratoriya mərkəzləri yaradılmalıdır: “Belə mərkəzlərin yaradılması maliyyə vəsaitlərinə qənaət edilməsinə, həmçinin birgə fənlərarası tədqiqatların sayının və keyfiyyətinin artmasına şərait yaradacaq”.

Nazir son olaraq elmi innovasiya fəaliyyətinin kommersiyalaşdırılmasını təmin etmək məqsədi ilə daimi şuranın təsis edilməsini təklif edib.
 
21.12.2016 13:48:00
Oxuma sayı: 436