Ərdoğanla Trampın görüşü gözlənilir
Ölçü:


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tezliklə amerikalı həmkarı Donald Trampla görüşə bilər.

Koordinat.az xəbər verir ki, bu barədə cümə axşamı “Reuters” məlumat yayıb. Bildirilir ki, dövlət başçılarının görüşü 28-29 iyun tarixlərində Osaka şəhərində keçiriləcək G20 sammiti çərçivəsində baş tuta bilər.

“Biz hazırda təqvim üzərində işləyirik. Bir neçə müsbət siqnallar alırıq, lakin dəqiq vaxt hələ müəyyən olunmayıb. Onlar [Ərdoğan və Tramp] həmçinin Yaponiyada G20 sammitində görüşə bilərlər”, – deyə agentlik mənbənin sözlərini sitat gətirir.

“İkitərəfli səfərlərə gəldikdə isə biz dəqiq tarix gözləyirik”, – deyə Türkiyə hakimiyyəti nümayəndəsi əlavə edib.
23.05.2019 09:47:00
Oxuma sayı: 248