Azərbaycanda elm və texnologiya üzrə Ali Şura yaradıla bilər
Ölçü:


“Azərbaycanda elm və texnologiya üzrə Ali Şura yaradılmalıdır”.

Koordinat.az
xəbər verir ki, Azərbaycanda Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə bu gün keçirilən AMEA-nın Ümumi yığıncağı və Təhsil Nazirliyinin Kollegiyasının birgə elmi sessiyasında bu təkliflə çıxış edib. O, bildirib ki, Ali şuranın qərarı bütün elmi təşkilatlar üçün icbarı xarakter daşımalıdır: ”Şuranın tərkibində AMEA, təhsil, biznes, patent qurumlarının  və gənc alimlərin nümayəndələri olmalıdır”.

AMEA prezidenti deyib ki, "Elm haqqında" qanunun əsas vəzifələrindən biri də “tədqiqat universiteti statusu”nun müəyyənləşdirilməsidir: “Hazırda elm və təhsil sahəsində elmin koordinasiyası istiqamətində vəziyyət qənaətbəxş deyil. Elmi araşdırmalarda təkrarçılığa yol verilir və dünya elmində səsləşməyən problemlər mövcuddur. Bununla bağlı təkliflərin hazırlanması çox vacibdir. Bu sahədə əsas məqamlardan biri də elmi fəaliyyətin akkreditasiyasının yaradılmasıdır. Bununla bağlı müvafiq mexanizmlər hazırlanır. Məqsəd dünya standartlarının Azərbaycan elmində tətbiq olunmasıdır”.
 
21.12.2016 12:14:07
Oxuma sayı: 532