Rus siyasətçi ABŞ-İran müharibəsinin qaçılmaz olduğunu deyir
Ölçü:


“10 il əvvəl demişdim ki, İranın vurulması ilə bağlı qərar qəbul edilib. Niyə İran 10 il əvvəl vurulmadı? Ona görə ki, digər konfliktlər mövcud idi. İraq və Əfqanıstan müharibəsi bitməmişdi, eləcə də Suriyada bizə bəlli olan situasiya yaradılırdı. İndi İrana yanaşmalar təmin edilib. Buraya İrəvandakı yeni rejimi də aid etmək olar".

Koordinat.az xəbər verir ki, bunu Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski deyib. Onun sözlərinə görə,  İrəvan hələlik amerikalılara baza vermir, amma yəqin ki, aerodromlardan istifadəyə izn verəcək: "Orada isə İranın yanında yerləşən əla keçmiş sovet aerodromları var. Amerikalılara qoşunlarını Əfqanıstan və İraqdan çıxarmaq lazımdır. Orada əhali onlara qarşı üsyan qaldırmağa hazırdır. Bəs onları haraya köçürmək lazımdır? İndi həmin qoşunlara quru əməliyyatı keçirmək izni veriləcək”.

Jirinovski bildirib ki, İrana qarşı müharibəni İsrail başladacaq və İranı cavab tədbirləri görməyə məcbur edəcək. Bundan sonra isə oyuna böyük oyunçular daxil olacaq: “Konflikt necə başlayacaq? İsrail kəşfiyyatın nüvə zənginləşməsi aparıldığı hesab etdiyi obyektlərə zərbə endirəcək. İranda 2 min kilometrə qədər uça biləcək raketlər var. İrana endirilən zərbəyə Tehran mütləq cavab verəcək. İsraildə hansısa kiçik “dağılmalar” olacaq və bu zaman onlara böyük qardaşı yardıma gələcək. ABŞ NATO-nu səfərbər edəcək və İranı bombardman edəcək, o cümlədən çox qorxulu, uzaqmənzilli silahlar tətbiq ediləcək”.

O, proqnozunun gerçəkləşməsinin qaçılmaz olduğunu söyləyib: “Niyə bu baş verəcək? İraqa niyə kiçik Buş müdaxilə edib, rejimi məhv etmək komandası verdi? Ona görə ki, fələstinlilər İsrailə daim raketlər atırdılar, Səddam Hüseyn isə hər raket üçün 20 min dollar ödəyirdi. İsrail buna nə vaxta qədər səbir etməliydi? İşğal baş tutdu. Səddam Hüseyn yoxdur və İraq tam şəkildə təəssüf ki, pis istiqamətdə yenidən formalaşdırılıb. Əgər əvvəllər buranı sünnilər idarə edirdisə, indi hakimiyyətə şiələr gəliblər. İranda da hakimiyyətdə şiələrdir. İndi İrana zərbə endirilsə, şiə İraq şiə İranın yanında dayana bilər. Bu, (İranın vurulması – red.) İsrail üçün sərfəlidir. Bu, sünni ərəblərə də sərfəlidir”.

İranda yaranan böhranın Rusiya üçün problem olacağını deyən Jirinovski konflikt nəticəsində bu ölkədən Rusiyaya çoxlu sayda qaçqının gələcəyini deyib: “Milyonlarla qaçqın yaranacaq. Bəs onlar hara yönələcəklər? Yalnız şimala! Cənubda islam dünyasının yalnız sünni hissəsi var. Orada onları məhv edəcəklər. Şimala hərəkət etmək məcburiyyətində qalacaqlar. Şimalda isə Azərbaycan, Gürcüstan və Ermənistan var. Onlar əziləcəklər. O zaman təkcə İrandan olan qaçqınlar yox, həmçinin Azərbaycan, Ermənistan və Gürcüstandan olanlar bizim Şimali Qafqaza keçəcəklər. Orada da partlayış xarakterli vəziyyət var. Burada da onlar tərəfdarlarını, dostlarını, eləcə də düşmənlərini tapacaqlar. Bütün bunlar Həştərxan, Volqoqrad və Rostova yaxınlaşacaq. Burada biz onları dayandırmalı olacağıq. Biz artıq qaçqınların qəbulu üçün baraklar tikməyə başlamalıyıq. Siz milyonlarla insanı harada məskunlaşdıracaqsınız? Biz onları qəbul etməli və qida ilə təmin etməliyik. Avropaya baxın, görün nə baş verib? Onlar qaçqın axınlarını necə dayandıracaqlarını bilmirlər. Biz ki belə etməyəcəyik! Mən bunun baş verməməsindən xoşbəxt olardım. Bu mənim ideyam deyil. Mən deyirəm ki, nə baş verə bilər! Mən bununla 55 ildir məşğul oluram və yəqin ki, bir istiqamətdə yarım əsr işləmək hansısa nəticələr verir”.
22.05.2019 13:38:00
Oxuma sayı: 31