Koçaryanı yenidən dirçəldirlər
Ölçü:


Erməni İnqilabi Federasiyası – Daşnaksütun (EİFD) 23 mayda mitinq təşkil edəcəyini elan edib. Yəqin ki, parlamentdən kənarda qalan EİFD-nin siyasi yanaşmalarında artıq çoxdan, yeni şəraitdə Robert Koçaryanın siyasi fəaliyyətinə münasibətdə necə mövqe tutacağı istisna olmaqla, maraqlı bir şey yoxdur.

Bu məsələ iki səbəbdən xüsusilə maraq doğurdu.

Birincisi odur ki, EİFD Qələbə bayramı ərəfəsində Artsaxda (Mətndə belə gedib – tərc.) “Ermənistan-Artsax” mövzusunda, iştirakçılarının mütləq əksəriyyəti Koçaryanın qeyri-formal komandasının və ya bu qanadın təmsilçiləri olan, forum təşkil etdi. Bundan əlavə, tərkiblə birlikdə forumda edilən çıxışların əksəriyyətində siyasi vurğular bu yöndə idi. Bu tədbir siyasi kuluarlarda Qələbə bayramı ətrafında baş verən hadisələr kontekstində xüsusilə maraqlı oldu.

Bu hadisələrin inkişafı bir tərəfdən Robert Koçaryanın azad olunmasına, digər tərəfdən də, bununla birlikdə, Nikol Paşinyanın məlum çıxışında əks olunduğu kimi, ədalət məhkəməsinin yaradılmasına keçidin və inqilabın yeni mərhələsinin sürətlənməsinə gətirib çıxardı.

EİFD-nin siyasi mövqeyilə bağlı hələlik yeganə maraq doğuran intriqanı önə çıxaran ikinci səbəbsə, Robert Koçaryanın “Reuters” agentliyinə verdiyi müsahibədir.

Həmin müsahibəsində Koçaryan, əmin etdiyi kimi, yeni hakimiyyətə əlcək atacaq yeni və güclü müxalifət qüvvəsinin formalaşdırılmasından söz açır. Ölkənin ikinci prezidenti bəyan edib ki, onun özü də bu qüvvəyə birləşəcəkdir. Bu, həmin qüvvənin onun özü tərəfindən yaradılmasının elan edilməsidir, sadəcə hələlik format məlum deyil. Çünki böyük hesabla, yalnız Robert Koçaryanın özü tərəfindən yaradılan qüvvə onun dəstəyini, özü də statusundan asılı olmayaraq onun birbaşa iştirak etməsilə almaq istəyər.

Doğrusu, siyasi planda Koçaryan amili ictimai kapitalın toplanması baxımından elə də uduşlu deyil. Ona görə də, yalnız onun özü tərəfindən yaradılan bir qüvvə ikinci prezidenti birbaşa dəstəkçi və ya iştirakçı amil kimi qəbul edər.

Buradan da ortaya belə bir sual çıxır: əgər Robert Koçaryan daha öncül siyasi statusda olacaqsa, EİFD harada olacaq? EİFD bu qüvvənin özəyi olacaqmı? Yoxsa, yalnız bir hissəsi olacaq?

Əks halda, sual yaranır: bu qüvvəyə münasibətdə EİFD hansı mövqeni tutacaq? Çünki, böyük ehtimalla, ikinci prezident özünün bu siyasi proqramını həyata keçirdiyi təqdirdə, “ultimatum” siyasəti aparacaq və məsələni belə qoyacaq: mənimləsən, yoxsa mənə qarşısan?

Beləliklə, Daşnaksütun qarşısında da bu sual duracaq: Koçaryanlasan, yoxsa Koçaryana qarşısan?

Aram Amatuni (“1in.am)
Tərcümə Strateq.az-ındır

22.05.2019 12:46:00
Oxuma sayı: 26