Türkiyə hərbçilərini Rusiyaya təlimə göndərdi
Ölçü:


Türkiyə “S-400” Zenit-Raket Sistemi ilə bağlı təlim almaq üçün Rusiyaya hərbçi göndərib.

Koordinat.az xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə naziri Hulusi Akar bildirib. Onun sözlərinə görə, bir neçə ay davam edəcək təlimlər artıq başlayıb.

Qeyd edək ki, ABŞ hökuməti Türkiyəyə “S-400” zenit-raket komplekslərindən imtina etməsi üçün iki həftə vaxt verib.
22.05.2019 11:56:00
Oxuma sayı: 60