Qubad İbadoğlu: "Fuad Abbasovun hüquqlarının müdafiəsi Rusiyadakı səfirliyin vəzifə borcudur"
Ölçü:


"Azərbaycanın, xüsusilə də Qarabağla bağlı mövqeyini Rusiyanın kütləvi informasiya vasitələrində layiqincə və ardıcıl surətdə müdafiə edən, video-bloqer Fuad Abbasovun Moskvada hüquq-mühafizə orqanları tərəfindən qanunsuz saxlanılmasını, onun qatı cinayətkarın yaxalanması qaydasında həbs edilməsini, onunla kobud davranılmasını pisləyir, baş verənləri insan haqlarının kobud pozuntusu kimi qiymətləndirirəm".

Koordinat.az
xəbər verir ki, bunu Azərbaycan Demokratiya və Rifah Hərəkatının rəhbəri, iqtisadçı alim Qubad İbadoğlu bildirib. O, qeyd edib ki, Azərbaycan Respublikasının vətəndaşı kimi Fuad Abbasovun hüquqlarının müdafiəsi Azərbaycan hakimiyyətinin öhdəliyi və onun Rusiyadakı Səfirliyinin vəzifə borcudur.
22.05.2019 12:38:00
Oxuma sayı: 29