Vəkil: "Fuad Abbasovun döyülərək həbs edilməsi sifarişlidir"
Ölçü:


Azərbaycanlı jurnalist Fuad Abbasov Moskvada hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Jurnalist saxlanılarkən ciddi fiziki təzyiqlərə, aşağılayıcı davranışa məruz qalıb.

Koordinat.az xəbər verir ki, bu barədə onun vəkili Elman Paşayev mətbuata açıqlamasında deyib. O, bildirib ki, Fuad Abbasovu mayın 16-da çox ağır şəkildə, qəddarcasına döyüblər. Üstəlik, vəkilin sözlərinə görə, küçədə hüquq-mühafizə orqanı əməkdaşlarından ikisi jurnalisti döyüb, biri isə bu hadisənin video və fotosunu çəkib: “O fotoların internetdə yayılmasının əsas səbəbi isə sifarişçiyə “missiyanın” yerinə yetirildiyini sübut etmək olub”.

Fuad Abbasovun mayın 28-də Azərbaycana ekstradisiya olunacağı bildirilir.

22.05.2019 11:17:00
Oxuma sayı: 26