Deputatın Fuad Abbasovla bağlı çağırışına rəsmi reaksiya
Ölçü:


Milli Məclisin deputatı Aqil Abbas Moskvada yaşayan azərbaycanlı jurnalist Fuad Abbasovun həbs edilməsini, döyülərək təhqir olunmasını pisləyib.

Koordinat.az xəbər verir ki, millət vəkili Azərbaycan Xarici İşlər Nazirliyini məsələyə münasibət bildirməyə çağırıb: “Fuad Abbasovla qeyri-insani rəftar edilməsi vəhşilikdir. O bir millətini sevən, intellekual jurnalistdir. XİN buna münasibət bildirməlidir”.

Modern.az Fuad Abbasovun Rusiya hüquq-mühafizə orqanları tərəfindən döyülməsinə, eləcə də, Rusiyadakı səfirliyimizin susqunluq nümayiş etdirməsinə Azərbaycan Xarici İşlər Nazirliyindən münasibət öyrənib. Nazirliyin mətbuat katibi Leyla Abdullayeva deyib ki, Rusiyadakı səfirliyimizin  konsulluq şöbəsinin əməkdaşları mayın 20-də Fuad Abbasovla görüşüblər: “Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirinin tapşırığı ilə Səfirliyin konsulluq şöbəsinin əməkdaşları Moskva vilayətinin Korolyov şəhəri üzrə əcnəbilərin müvəqqəti saxlanma mərkəzində Fuad Abbasovla görüşüblər. Səfirliyimiz tərəfindən səlahiyyətləri çərçivəsində bütün lazımi tədbirlər görülür”.

22.05.2019 11:09:00
Oxuma sayı: 247