Rəhim Qazıyevə 10 sutka həbs verildi
Ölçü:


Azərbaycanın keçmiş müdafiə naziri Rəhim Qazıyevə 10 sutkalıq həbs cəzası verilib.

Koordinat.az xəbər verir ki, bu barədə "Report"a onun dostu, "Xural" qəzetinin baş redaktoru Əvəz Zeynallı bildirib. Onun sözlərinə görə, Rəhim Qazıyev Binəqədi Rayon Polis İdarəsinin müvəqqəti saxlanma təcridxanasına aparılıb. 

Lakin Rəhim Qazıyevə qarşı hansı ittiham irəli sürdüyü məlum deyil.

Xatırladaq ki, Rəhim Qazıyev dünən Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

Qeyd edək ki, Rəhim Qazıyev 1992-ci ilin martından 1993-cü il fevralına qədər Azərbaycannın müdafiə naziri vəzifəsində çalışıb. O, 1993-cü ildə Şuşanın işğalında və vətənə xəyanətdə ittiham edilərək, barəsində ölüm hökmü çıxarılıb. Sonradan ölüm cəzası ömürlük həbslə əvəz edilib. 2005-ci ildə isə Rəhim Qazıyev əfv fərmanı ilə azadlığa buraxılıb.
26.12.2017 17:17:41
Oxuma sayı: 874