Nazirlik:  "Tarqovı"ya giriş qadağası yoxdur
Ölçü:


“Bizdə küçələrin bağlanması ilə bağlı hər hansı bir məlumat yoxdur”.

Koordinat.az
xəbər verir ki, bunu Modern.az-a açıqlamasında Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov deyib. O bildirib ki, Nazirlik küçələrin bağlanması ilə bağlı hər hansı məlumat yayılmayıb.

Qeyd edək ki, yayılan məlumatda UEFA Avropa Liqasının Bakıda keçiriləcək final oyunu ilə əlaqədar mayın 25-dən 31-dək paytaxtın bəzi mərkəzi küçə və meydanlarında, xüsusən də Nizami ("Tarqovı") və İstiqlaliyyət küçələrində, Fəvvarələr meydanında vətəndaşların sıx hərəkətinə, eləcə də “Respublika Günü” ilə əlaqədar “İstiqlaliyyət” küçəsindəki abidəni ziyarətə gəlmələrinə məhdudiyyətlər qoyulacağı bildirilib.
21.05.2019 16:42:00
Oxuma sayı: 107