Paşinyanın məhkəmələrlə bağlı çağırışı
Ölçü:


Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsi Ermənistanın baş naziri Nikol Paşinyanın məhkəmənin giriş-çıxışını nəzarətə götürmək çağırışından narahatlığını ifadə edib.

AŞPA Monitorinq Komitəsinin Ermənistan üzrə həmməruzəçiləri Yuliya Lovoşkina (Ukrayna) və Andrej Şirceljin (Sloveniya) yaydıqları bəyanatda məhkəmə orqanlarının qeyd-şərtsiz müstəqilliyi və siyasi aktorların müdaxiləsinin yolverilməz olduğu vurğulanıb.

“Siyasi tərəfdaşlar qanunverici orqanlara təzyiq kimi qəbul edilə bilən fəaliyyət və bəyanatlardan uzaq durmalıdırlar”, – həmməruzəçilər Ermənistana tovsiyə ediblər.

Qeyd edək ki, Nikol Paşinyan mayın 19-da Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın girov qarşılığında həbsdən buraxılmasından sonra ölkə vətəndaşlarını məhkəmənin giriş-çıxışlarını nəzarətə götürməyə çağırıb
21.05.2019 16:14:00
Oxuma sayı: 77