Qara dənizdə Türkiyənin gəmisi atəşə tutuldu –Yaralılar var
Ölçü:


Qara dənizdə balıqçı gəmisi atəşə tutulub. Gəmi Rumıniya Sahil Mühafizə Xidməti tərəfindən atəşə tutulub.

Koordinat.az xəbər verir ki, yayılan məlumatda insident nəticəsində Türkiyəyə məxsus gəminin 3 ekipaj üzvünün yaralandığı bildirilir. Gəminin 8 nəfərdən ibarət ekipaj üzvü Rumıniya Sahil Mühafizə Xidməti tərəfindən saxlandıqdan sonra gəminin batırıldığı deyilir.

Türkiyə tərəfindən hadisə ilə bağlı hələ rəsmi açıqlama verilməyib.
21.05.2019 14:37:00
Oxuma sayı: 86